“Web Coder" agentliyinin yeni tərəfdaşı  “Kəpəz” PFK 

"Kəpəz" Peşəkar Futbol Klubu Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini təmsil edən futbol klubudur. Klubunun əsası 1959-cu ildə qoyulub. Sovet dönəmində Azərbaycanın ən uğurlu iki futbol klubundan biri olan "Kəpəz" 1992-ci ildən etibarən 3 dəfə Azərbaycan Premyer Liqasının və 4 dəfə Azərbaycan Kubokunun qalibi olub. "Kəpəz" Azərbaycanda ən böyük azarkeş ordusuna sahib futbol klublarından biridir.“Web Coder" agentliyi  “Kəpəz” PFK  arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni “Kəpəz” futbol klubunun icraçı direktoru İlqar Nadiri və "Web Coder" agentliyinin rəhbəri Rəşad Qafarzadə imzalayıblar. Müqaviləyə əsasən “Kəpəz” PFK üçün veb-saytın hazırlanması və təhlükəsizliyinin təşkili, domain-in qeydiyyata alınması, hostinq və korporativ email xidmətləri bizim şirkətə həvalə olunub.

“Web Coder