TƏCİLİ REKLAM VERİB, MARKA OLMALIYIQ!

Dünyada iqtisadi kanalların inkişaf etdiyi, yeni dünya nizamının öz marşrutunu axtardığı bir vaxtda bir çox insan da iş qurma həyəcanıyla dərhal təşkilati şəxsiyyət və marka ola bilmək üçün can atır. Ya da illər boyunca min bir çətinlik və kriz vəziyyətindən sonra  yeni addımlar atmaq üçün reklam verib marka olmağa çalışırlar.

Tələsgənlik qanımızda var!

Bir çox işin içində və ya qıraqdan müşahidəçi olaraq gördüyümüz budur ki, Azərbaycanda reklam edirsinizsə təcili sözünə də vərdiş etməlisiniz. Əslində o qədər tələsgən olsaqda ancaq az markamız var.

Təcili marka olmalıyıq!

Təəssüf ki reklam agentliklərinin “TƏCİLİ YARDIM”  xidmətləri yoxdur. Marka xəstələndiyində və ya mualicəyə ehtiyacı olanda reklam agentliklərin təşkil etdiyi planlaşdırma iclasları da müəyyən bir prosesi əhatə edir.

Təcili reklam və ya marka ehtiyacı,uzun illər kar və lal olan bir insanın danışmağa başlamasıdır!

Uzun müddət susan bir insanın birdən birə qalxaraq TƏCİLİ deyə qışqırıb sağa sola qaçıb: "Təcili birini tapıb danışmalıyam" deməsi kimi bir şeydir.

Reklam vermədən əvvəl siz reklama, reklam verdikdən sonra da reklam sizə sahib olur. Yəni nə bəyan etmisinizsə, insanların hisslərinə dərhal təsir edəcək.

Reklam da danışmaq kimidir dedik. Ancaq, bunu da unutmamaq lazımdır. Hər danışdığınız fərqli mövzunun bir təsiri və mənası olması lazımdır. Yəni siz bir gün ağ, digər gün qara desəniz, düzgün qəbul edilməniz də gecə-gündüz kimi olacaq. Bütün verdiyiniz reklamların mütləq markanızı xatırladan, keyfiyyət və etibarlılığa xidmət etməyi lazımdır. Nə olursa olsun bu yoldan imtina etməyən inadçı olmaq lazımdır. Einstein 11 il boyunca mc2 üçün toz dumanlı düsturların içində itmədi mi?. Fərqli yollar axtarsa da hədəfi həmişə eyni idi.

Bəzən şeir, bəzən gözəl bir hekayə, bəzən də yalnız bir şərh və ya gülməli bir lətifə, bəzən də romantik bir gözyaşı. Reklam da belədir. Qısadır və o qısa zamanda sizə duyğu hissləri və xəyal etmə imkanı təqdim edir. Ancaq reklamda insan beyninə təsir etmək və cəlb etmək üçün 5 saniyə vaxtınız var.

Əslində yerində və vaxtında danışıb susmanın bir çox faydası var. Bunu Mövlana çox gözəl izah edir: "Ağızdan çıxan söz bil ki, yaydan atılan ox kimidir. O ox getdiyi yerdən geri dönməz. Seli başdan bağlamaq lazımdır. "

 

TƏCİLİ REKLAM VERİB, MARKA OLMALIYIQ!