SOSİAL ŞƏBƏKƏLƏRİNİZİ DÜZGÜN İDARƏ EDİN!

Bir əvvəlki yazımızda məzmunun necə yaradılması gərəkdiyinə nəzər saldıq. Bu yazımızda isə rəqəmsal istehlakçı anlayışından və rəqəmsal istehlakçının həyat sahəsi sosial şəbəkələrdə məzmunun necə idarə olunmasından danışacayıq.

Əvvəlcə, markalar üçün rəqəmsal istehlakçı qrupunu, anlamaq və davranışlarını təxmin etmək hər keçən gün daha əhəmiyyətli bir hala gəlir. Bir sağlamlıq sığortası şirkətinin reallaşdırdığı bir araşdırma, ağıllı telefon istifadəçiləri hər gün ortalama 18 dəqiqədə bir dəfə telefonlarına baxdığını və həmçinin 2020-ci ildə mobil telefon sahibi olan insanların sayının elektrik  istifadəçilərinin sayını keçəcəyini ortaya qoyur. Yaxşı, rəqəmsal istehlakçı nədir? Nə edər? Harada yaşayır? Rəqəmsal İstehlakçı, texnologiyaları istifadə edərək fiziki dünyada pərakəndə mağazalardan alver edən istehlakçı qrupu olaraq təyin olunur. Məhsul haqqında əvvəldən araşdırma edərək gəlir və ya daha əvvəldən araşdırdığı məhsulu mağazadaykən bir başqa markanın məhsulu ilə telefonundan müqayisə edə bilir. Bu da, rəqəmsal dövrlə birlikdə rəqəmsal istehlakçı davranışlarının da hər geçən gün dəyişdiyini göstərir. İnsanlar artıq əvvəlki  kimi alverə getmir. Mobil cihaz ilə olduğu yerdən istədiyi məhsulu araşdırır və özünə ən uyğun olanı seçə bilir. Bu vəziyyət çox təbii ki, istehlakçı üçün bir çox fayda təmin edərkən, marka və xüsusilə mağaza sahibləri üçün mövqelərini yenidən nəzərdən keçirmələrini tələb edir. Rəqəmsal əsaslı markalar gərək sosial şəbəkə məzmun marketinqi, gərəksə rəqəmsal reklam alaraq potensial müştərilərini rəqəmsal mühitdə tutmağa çalışır. Xüsusilə məzmun strategiyalarını müəyyənləşdirərkən hədəf kütlənin xüsusiyyətlərinə görə təyin etməyə, paylaşdığı hekayələrdə müştərini də ortaq etməyə diqqət göstərirlər. Bu da istehlakçının markaya olan güvən duyğusunun artmasına səbəb olur. Yaradılması qədər idarə edilməsi də çətin olan məzmunun necə idarə olunması lazım olduğunu izah etməyə çalışaq.

Əvvəlcə məzmunun doğru bir şəkildə idarə edilə bilməsi üçün bir təqvim yaradılmalıdır. Məzmun təqvimi sizin nizamlı olaraq paylaşım etmənizi təmin edərkən, hansı gün, hansı cür məzmunu paylaşacağımızı da müəyyənləşdirməyimizə kömək olacaq. Nizamlı və müəyyən aralıqlarla edəcəyiniz məzmun paylaşmaları istehlakçıların da markanızdan sıxılmadan maraqla izləyəcəyi, məlumat alacağı və ya əylənəcəyi bir platformaya çevriləcək. Beləcə istehlakçı, markanı özünə dəyər qatan, həll tapan, problemlərini aradan qaldıran bir yoldaş kimi görəcək. Yaradılan təqvim, məzmun çıxarmağa və nəşr etməyə kömək edəcək. Yaradılan təqvim hədəfə, müştərilərə uyğun olmalıdır. Məzmununuzu istifadə edəcəyiniz vasitəyə görə gündəlik, həftəlik, aylıq olaraq nizamlaya bilərsiniz.

-Günlük Twitter paylaşmaları,

-Xəbərlərin Facebook səhifəsinə yerləşdirilməsi,

-Bloglara yazılan şərhlərə cavab vermək,

-Həftəlik qısa bir video, məqalə kimi web saytınızda yeniləmələr,

-Geniş bir blog yazısı, müsahibə və ya bir müştəri hekayəsi paylaşmaq

-Aylıq video çəkilişlər, yarışlar və ya kupon çəkilişləri edə bilərsiniz.

Beləcə müştərinizi sıxmadan onları bir sonrakı məzmununuzu maraqla gözləyəcəyi bir hala gətirə bilərsiniz. Bu vəziyyətdə, müştəriləriniz haradadırsa sizdə orada olmalı və onlarla isti münasibətlər qurmağa davam etməlisiniz. Hər zaman doğru yerdə, doğru insanlara, doğru mesajı çatdıraraq onlara sahənizdə nə qədər mütəxəssis olduğunuzu əylənərək izah edə bilərsiniz.

SOSİAL ŞƏBƏKƏLƏRİNİZİ DÜZGÜN İDARƏ EDİN!