URL nədir? URL-də nələrə diqqət etmək lazımdır?

Bu dövrdə internet hamının asanlıqla veb sayt yaradıb istədiyi mövzuda məzmun yüklədiyi bir platformadır. İnternetdən istifadə edən insan sayını nəzərə alsaq internetdə yarana biləcək xaosu təsəvvür etmək heç də çətin olmaz. Buna görə də hər bir insanın adı soyadı və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi olduğu kimi veb saytlarında URL-si olmalıdır.
URL (Uniform Resource Locator)- vahid resurs axtarıcısı kimi tərcümə olunur.

URL nə üçün lazımdır?

URL veb saytın unikal olması və bunun nəticəsində istifadəçilərin saytı rahat şəkildə tapması üçün vacibdir. Ən məşhuru kimi Facebook-u misal çəkmək olar. Facebook-un URL-i https://www.facebook.com formatındadır.

URL nələrdən ibarətdir?

Yuxarıda çəkdiyimiz misalda göründüyü kimi URL bir-birindən ayrı hisslərdən ibarətdir. Bunlar:

  • Veb saytın hansı tip olduğunu aydınlaşdıran protokollar; (http və ya https)

  • Veb saytın domen adı; (facebook.com)

  • Saytın içində daxil olunan səhifələrin adı; (facebok.com/daha açıq rəngdə yazılan səhifə adı)

URL nə üçün lazımdır?

 Şəffaflıq:

Düzgün hazırlanmış URL həm istifadəçilər üçün həm də axtarış sistemləri üçün səhifənin mövzusunun nədən olduğunu aydınlaşdırır.

Sıralamada önə keçin:

URL axtarış motorlarının saytları sıralarkən diqqət etdiyi ən vacib məqamlardan biridir.URL həmdə açar sözləri yazaraq saytın  SEO gücünü artıra və sıralamada önə keçmənizə kömək edir.

Linklər:

URL forum, bloq, sosial şəbəkələrdə  və ya digər platformada link halında paylaşıla bilər.

Araşdırmalar nəticəsində məlum olub ki düzgün yazılmayan URL sadalanan platformalarda paylaşıldıqda daha kliklənmişdir. Düzgün yazılan URL isə əksinə daha çox kliklənmişdir.

SEO-ya uyğun URL

  • URL mümkün olduğu qədər sadə, aydın və cəlb edici olmalıdır. Bu həm istifadəçilərin sayta daxil olmasına həm də axtarış sistemlərinin alqoritmlərinin sizi önə çıxmasına səbəb olacaq. Unutmayaq ki kod və işarətlərdən ibarət ola bilər lakin ən düzgün URL insanların başa düşdüyü URL-dir.

  • Daha aydın oxuna bilməsi üçün sözlərin arasında tire (-) istifadə edə bilərsiniz. Sözlərin arasında boşluq və ya hər hansı başqa işarət istifadə etmək məqsədə uyğun deyil. Bunlardan əlavə kiçik hərflərdən istifadə etmək sizə faydalı olacaqdır.




 

Seo nədir? 

Seo ingiliscə “SEARCH ENGİNE OPTİMİZATİON”, Azərbaycan dilində axtarış sistemi Optimizasiya  deməkdir. Bu Optimizasiya  nəticəsində veb saytınız axtarış sistemlərində üst sıralarda çıxacaq və potensial müştərilərinizin sizi daha asan tapmasına yardımçı olacaqsınız. Seo haqqında ətraflı məlumat verməmişdən əvvəl axtarış sistemlərinin tarixi və hansı mexanizmlə çalışmağından danışaq:

İlk axtarış sistemi: Archie 

1990-cı ildə indiki axtarış sistemlərindən daha fərqli və funksionallığı daha az olan Archie hazırlanmışdır. İlk zamanlar yalnız fayl axtarmaq mümkün idi. Bunun kompüterinizdə fayl axtarmaq fərqi yox idi. Çünki Archie veb saytların kontentini görə bilmirdi. 

1994-cü ildə isə Archie-nin daha təkmilləşmiş versiyası olan Altavista hazırlamışdı. Altavista fərqli dillərdə axtarış edə bilən ilk axtarış sistemidir. Lakin bu axtarış sistemi “Google”, ”Yahoo!” kimi sistemlərin hazırlanması və gündən günə inkişafı nəticəsində geridə qalaraq əvvəlcə “Overture” şirkəti tərəfindən alındıqdan qısa zaman sonra isə “Yahoo!” bütün şirkətin sahibi oldu. Bir çoxuna görə “Yahoo!” əlindəki datadan lazımi qaydada istifadə etməmiş və istədiyi nüfuza sahib ola bilməmişdi. E-poçt xidmətinin ideal olmasının əksinə axtarış sisteminin təkminləşməməsi nəticəsində “Google” “Yahoo!”- nu geridə qoyaraq dünyanın ən böyük şirkətlərindən biri olmuşdur.

“ Google”-un qısa tarixi

Google Stanford universitetinin iki tələbəsi tərəfindən hazırlanır. Heç kimi bu layihənin bu qədər “tutacağından” xəbəri yox idi. Hətta bunlardan xəbərsiz iki yaradıcı tələbə bu sistemi satmağa çalışsalarda cəhdləri boşuna çıxıb.

Google ilk uğurlarını “PageRank (PR)” alqoritmi vasitəsi ilə qazanmışdır. Bu alqoritm Google-un axtarış nəticələrini sıralamasını 1-10 arası qiymətləndirmə ilə tənzimləyən “şkala” rolunu oynayır. Yəni əgər saytınızı bu alqoritmdə saytınızın dəyəri 1-dirsə saytınız pis, 8-10 arası qiymətlənirsə deməli saytınız tam qaydasındadır. 

PageRank həm saytınızın kontentinə və sizdən çıxan “backlink”-ə həm də saytınızda olan “backlink”-i nəzərə alaraq qiymətləndirir. Günümüzdə axtarış nəticəsinə təsir edən faktorlar 200-ə yaxın olsa da illər öncə sadəcə bu 3 şərt saytınızın ön sıralarda çıxmasına bəs idi.

Google işləmə mexanizmi nədir? 

Saytınızda yeni bir məqalə əlavə edirsiniz və ya saytı yeniləyirsiniz.

  1. Google-un ağıllı botları (hörümçəkləri) saytınızı ziyarət edir. 

Google-un bu ağıllı botları əsasən linkləri izləyərək saytınızda “gəzinir”. Əgər düzgün bir link yoxdursa “gəzinti” sizin üçün xoş təəssüratlarla bitməyəcək.

  1. Saytınızın xəritəsini olması lazımdır. Hansı ki, linkləri sırasını və yerini təyin edəcək

  2. Əgər robot.txt faylının içinə Google-nin botlarının girməsini əngəlləyən məlumat daxil etmirsinizsə botlar sizin saytınızı ziyarət etməyəcək.

  3. Saytınıza girən linklər “NoFollow” kontentindədirsə o zaman botlar bu linklərə daxil olmayacaqdır.

  4. Ziyarət edilən səhifənin Google-un qaydalarına uyğun olub-olmadığı yoxlanılır.

  5. Əgər səhifə qaydalara uyğun deyilsə lazımi cəza kəsilir.

  6. Hər şey qaydasındadırsa o zaman botların səhifəni ziyarətindən bir neçə saniyə sonra  səhifə təsdiqlənər və indeksə alınar.

İstifadəçi Google-də axtarış edər və bu zaman:

  1. Google keçmiş axtarışları və axtarılan sözə oxşar sözləri nəzərə alaraq bəzi tövsiyələr verər.

  2. Axtarış nəticələrinə həm də domen və səhifənin nüfuzu da təsir göstərir. 

  3. Hər kəsin axtarış nəticəsi eyni olmur. Çünki Google axtarış etdiyiniz hər bir sözə görə sizə nəticə çıxarar.

Sayt necə Seo-ya uyğunlaşdırılır?

Seo-da 3 təməl qayda var hansı ki bunlara əməl etməsəniz istədiyiniz nəticəni əldə etmək çox zamanınızı alacaq

  1. Axtarış botlarına uyğunluq:
    1. Sayt daxili və sayt xarici optimizasiya:

    2. Saytınızın proqramlaşdırma hissəsinin ən son standartlara uyğun olması sizə faydalıdır.

    3. Saytınızın yüklənmə sürəti maksimum 3 saniyə olmalıdır. Google-un botları yüklənmə sürəti çox olan saytları ziyarət etməyi heç də sevmirlər.

    4. Robot.txt və ya digər şifrələmələr ilə Google botlarının sayta girişini əngəlləyən metodlardan istifadə etmək olmaz.

    5. Çalışdıqca “inline Javascript” və “inline CSS” kodlarından istifadə etməyin.

    6. Saytınızın mobil versiyasının olması çox böyük üstünlükdür.

Yuxarıda qeyd edilənlərə əməl etsəniz gözlə görülən bir fərq hiss edəcəksiniz. Lakin hər şey bununla bitmir. 

Keyfiyyətli kontent.

Saytınızın kontenti köçürülmüş, az və mənasız olması yaxşıya əlamət deyil. Yaradılan bütün səhifələr özünə məxsus və faydalı olmalıdır.

Axtarış həcmi.

Heç kim tərəfindən axtarılmayan məqalə, məhsul və başqa kontent məhsulu yerinə ən çox axtarılanları bir yerə yığmağınız sizin xeyrinizə olacaqdır.

Başlıq və meta açıqlamaları.

Bunlar nə qədər cəlb edici olsa bir o qədər yaxşıdır.

​​​​​​​Zərərli və lazımsız “Backlink”-lərdən qurtulun.

Axtarış sistemləri tərəfindən bloklanmaq istəmirsinizsə o zaman lazımsız linklərdən istifadə etməyin.

​​​​​​​İstifadə rahatlığı:

Bir çoxunun heçə sayıb ancaq yuxarıda qeyd edilənlərə əməl etməsi nəticəsində cəhdləri uğursuz olur. Unutmaq olmaz ki, Google istifadəçinin rahatlığı, sayt içərisində rahat hərəkət edib, kontentdən faydalanması, saytda qalma zamanı və b. Hamısı saytın axtarış sistemlərində hansı sırada çıxmasına təsir edir.

URL nədir? URL-də nələrə diqqət etmək lazımdır?