Domain nədir?

Domain nədir? Domain və ya domain adı istifadəçilərin sayta müraciət etdikləri zaman daxil edəcəkləri resursun ünvanına deyilir. Domain veb saytların internetdəki adı və adresidir. Bu adres olmadan internet istifadəçiləri veb saytlara girə bilməzlər. Domen İP adresi adlanan kompüterlərin birbirini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Veb saytları ziyarət etmək istəyənlərin ip adresləri bilmələri çətin olacağı üçün domen alaraq sayt daha asan yadda qalan bir hala gətirilir.

Domain internet üzərində kəlimələrin ya da rəqəmlərin qeydiyyat edildiyi adlardır. Web saytlarının adlarının olması yəni adreslərinin olması məcburidir. Domain olmazsa web saytları sadəcə İP adresləri üzərindən işləyə bilər.

Domain internet mühitində yerləşdirilmiş hər hansı bir resursun qısa formada təsvirində istifadə olunur. Bunu belə təsvir edə bilərik ki, internetin hər hansı bir səhifəsində yerləşdirilmiş veb resursunu tapmaq üçün biz mütləq onun İP ünvanını bilməliyik. İnternetə bağlı olan hər bir kompüterin İP ünvanı mövcuddur. Bunu telefon şəbəkəsinə bənzədə bilərik. Necə ki, mobil telefon şəbəkəsinə bağlı olan mobil qurğusunun hökmən bir nömrəsi vardır, eləcədə hər bir server, hər bir kompüter şəbəkəyə bağlıdırsa  onun bir İP nömrəsi vardır. Amma hər hansı bir abonentə zəng vurmaq üçün biz onun nömrəsini yaddaşda saxlamırıq. Belə ki, bizim telefonda ünvan dəftərçəsi var və biz orada abonentin adını da yazmış oluruq. Biz adla tapıb, istədiyimiz adama zəng vura bilərik. Həmin qaydada domain adıda serverin İP-nə bağlı olan bir addır və həmin ada müraciət etdiyimiz zaman serverə qoşulur və sayta, veb resursa aid olan fayllar görünür.  Browzerin ünvan sətirində domain adı yazıldığı zaman bizə lazım olan saytı çağırmış oluruq.

Domenlər ən az 1 ən çox 10 il arasında alına bilir. Ən az 2 ən çox 63 simvoldan ibarət ola bilər. Hərf, rəqəm və - işarəsi domainlərdə istifadə edilmir.

Beynəlxalq razılaşmaya əsasən, hər bir ölkəyə saytın müəyyən dövlətə aidiyyatını bildirən birinci səviyyəli domen adı verilmişdir : .az, .ru, .by, .uk, .ua, .fr və s. Həmçinin saytın fəaliyyət istiqaməti ilə bağlı olan bir sıra birinci səviyyəli domen mövcuddur: .gov — dövlət, .com — kommersiya, .edu — təhsil və digərləri. İkinci səviyyəli domain saytın adından ibarətdir. Domen almaq üçün səlahiyyətli təşkilata, domen registratoruna müraciət etmək lazımdır.

DOMEN GENİŞLƏNMƏSİ NƏ MƏNA İFADƏ EDİR?

com – kommersiya təşkilatları

org – qeyri- kommersiya təşkilatları

edu – təhsil müəssisələri

biz – sahibkarlıq fəaliyyəti

gov – dövlət və yerli özünü idarə orqanları

info – kütləvi informasiya vasitələri

name – fiziki şəxslər

net – İnternet şəbəkəsinin inkişafında iştirak edən təşkilatlar və layihələr üçün.

.com İLƏ .az ARASINDA NƏ FƏRQ VAR?

.com beynəlxalq bir domen uzantısıdır. .az isə Azərbaycan üçün nəzərdə tutulub.

Domain nədir?