REKLAMDA TƏMƏL YARADICI STRATEGİYALAR

Marka imici strategiyasını inkişaf etdirən və tətbiq edən David Ogili olmuşdur.David Ogili, reklamçının ən əhəmiyyətli vəzifəsini açıqlayır."Reklam , markaya bir kimlik və şəxsiyyət deməkdir.Reklam marka imicinə əhəmiyyətli dəstək verir."

Marka imici, istehlakçının zehinində yaşayır. Bu səbəblə yalnız məhsul fərqliliyi deyil, markanın zehinlərdə fərqli imic təəsüratı yaratması lazımdır. Eyni məhsula və xidmətə sahib minlərlə bənzər marka içərisində fərqlilik yarada bilməyin ən əhəmiyyətli yollarından biri də doğru və təsiredici marka imici formalaşdıra bilməkdir. Bunu bacarmağın yolu isə markanın dəyərlərinə, varlıq səbəbinə və hədəflərinə uyğun marka kimliyi yaratmaqdan keçir.

Marka bir insan olsaydı necə bir şəxsiyyətə sahib olardı, nələr edərdi, harada yaşayardı, nə geyinərdi, idman edərdimi və s. sualları özünüzə soruşduğunuzda aldığınız cavablar, marka şəxsiyyətini ortaya çıxaracaq. Nəticəsində isə markanızın müəyyən duyğusal dəyərlərə sahib olduğunu görəcəksiniz. Marka imicini əks etdirməyin ən asan yolu olaraq görülən reklamlarda, istehlakçıyla ünsiyyət duyğusal dəyərlər və psixoloji faktorlar üzərindən qurulur.

2. Satış Vədi

Marka bu strategiya ilə təməl satış vədini, yəni markanın ən yaxşı nə etdiyini müəyyənləşdirərək bunu istehlakçıya təmin edəcəyi faydaların üzərindən reklam edilir.

Domino’s Pizza

Domino s Pizza'nın istifadə etdiyi "30 dəqiqədə qapınızda" kampaniyası təməl marka vədi üzərinə qurulmuş bir strategiyadır.

3.Lovemarks

Sevgi markası olmaq sədaqət tələb edir. Marka təkamülünün irəli mərhələsi olaraq adlandırılan Lovemarks olmaq təəssüf ki o qədər asan deyil. Hər şeydən və hər kəsdən sürətlə sıxıldığımız bu dövrdə markaların istehlakçıları ilə duyğusal bir əlaqə qurmaları gün keçdikcə daha da çətinləşir. Lovemark ola bilmək, markanın istehlakçısı ilə qüvvətli duyğusal əlaqələrə sahib olmasını tələb edir. Buna sahib olmaq isə istehlakçı ilə qurulan ünsiyyətdən keçir. Markanın romantik dəyərlərini sahiblənən istehlakçı isə artıq o markanın bir marka elçisi halına gəlir və sevilən markalar digərlərindən bir addım qabaqda yox bir sinif yuxarıda olur.

4.Yenidən Mövqeləndirmə Strategiyası

Hədəf kütlənin sürətli dəyişməsi bir çox firmanın sahib olduğu mövqeyini itirməsinə gətirib çıxarmaqdadır. Markaların, minlərlə məhsul və marketinq stratgiyası istehlakçının zehinindəki mövqeyini  gün getdikcə qorumaları çətinləşməkdədir. Zamanla markalar çıxardıqları mal ya da xidmətlər üçün yenidən mövqeləndirmə strategiyalarını tətbiq etməyə ehtiyac hiss edir.  Bu strategiya markanın, mövcud istifadə sahəsinin kənarındakı sahələrdə də yayılmasını nəzərdə tutur.

5. Mövqeləndirmə

1990-cı illərdən bu yana tətbiq olunan reklam strategiyasıdır. Bu strategiyaya görə məhsul ya da xidmət istehlakçının şüuruna müəyyən bir yerə yerləşdirilməyə, ona istehlakçı zehinində bir mövqe formalaşdırmağa çalışılır.

6.Ulduz Strategiyası

Ulduz halına gəlmiş bir adam ya da şəxslərlə bütünləşdirərək markanın qısa müddətdə ulduz halına gəlməsi nəzərdə tutulur.

REKLAMDA TƏMƏL YARADICI STRATEGİYALAR