KOR MARKETİNQ

Marketinq, insanların ehtiyaclarını ön görərək məhsul və xidmətlərin istehlakçıya çatdırılıb, satışdan əvvəl başlayıb satışdan sonrada davam edən bir prosesdir. Hər dövr fərqli üsullarla qarşımıza çıxan marketinq ünsiyyəti anlayışı, dəyişən müştəri profili, həyat tərzləri, marketinqdə texnologiyanın yayılması kimi dəyişikliklərlə məhsul mərkəzli marketinqdən, müştəri istiqamətli marketinq anlayışına doğru yol almışdır. Çoxları marka idarəçisinin fərqli marketinq üsulları ilə məhsul və ya xidmətlərini istehlakçıya çatdırması mümkün olarkən bəzi sektorlar üçün bu vəziyyət daha da çətin hala gəlir.

         Dərman, tütün, spirt kimi bəzi sektorlar üçün reklam tamamilə ya da qismən qadağandır. Bu sektorlar kor buraxılan sektorlar olaraq adlandırılır.  Ancaq bütün məhdudiyyətlərə baxmayaraq bu sektorlarda edilən reklamların özündən olduqca söz etdirdiyini görürük. Son zamanlarda edilən reklamlara baxdığımızda isə köhnə reklamlardakı səmimiyyəti təəssüf ki artıq görə bilmirik. İstehlakçılar bir birinə bənzər reklamlardan sıxılmış vəziyyətdədir. Ancaq başda da dediyimiz kimi kor sektorlarda vəziyyətin daha da fərqli olduğunu görürük. Xüsusilə reklam sahələrində məhdudlaşdırılmağın nəticəsi olaraq ortaya gözləniləndən daha yaradıcı işlərin çıxdığını görürük. Bununda səbəbinin məhdudiyyətlər olduğuna əminik. Məhdudiyyətlər, ortaya daha yaxşı nəticələrin çıxmasını təmin edir.

        Son zamanlarda olduqca yaradıcı işlərə şahidlik etdiyimiz, Kor Marketinq reklamlarında məhdudlaşdırmaların gətirmiş olduğu qanunlar və müəyyən yollar üzərindən edilən reklamlar, daha yaradıcı işlərə imza atılmasını təmin edir.

KOR MARKETİNQ