MARKA FACİƏSİ

ROLLS ROYCE: Yeni modeli Mist alman dilində “Heyvan Peyini” mənasını verir.

 

TOYOTA: Fiera modeli Porto Riqoda “çirkin yaşlı qadın” mənasında istifadə edilir.

 

Umbro: Zyklon adı verilən ayaqqabısı, 2.Dünya Müharibəsində istifadə edilən qazın adıdır.

 

HARLEM SAVİNGS BANK OF NEW YORK: Şirkət boyüyərək həm Harlemin həm də New Yorkdan kənarda şöbələr də açdı. Adlarını səhv qoyduqlarını anlayınca 10 milyon dollarlıq əlavə xərclə bank adını Apple Banka çevirdi.

 

FAKİR: Almanların sənaye və ev tipi təmizlik maşınlarının markası olan "FAKİR" Türk dilində kasıb mənasını verir.

 

Sonradan düzəldilmiş bəzi böyük firmaların adları da var. Bunun nümunələri aşağıdadır.

 

1) General Motors, İngilis dilində ulduz mənasını verməkdə olan "Nova" adına sahib avtomobili, Latın Amerikada eyni adla istifadə etmək istədi. Ancaq İspan dilində"No va", "getməyən, gəzməyən" mənasını verməkdə idi.

 

2) Coca Cola firması, "Coca Cola Diet" olan məhsulunu, İtalyan və Alman dilində "Diet" sözünün bir xəstəliyi andırması səbəbiylə, "Coca Cola Light" olaraq Amerikadan başqa digər bazarlarında dəyişdirdi.

 

3) İngiltərədəki Mars firması, Marathon adlı məhsulunun adını Snickers olaraq dəyişdirmək üçün illərcə düşündü. Çünki tələffüz bənzərliyi olan "knickers" sözü qadın alt paltarları mənasını verirdi.

 

4) Perrierin məşhur Fransız içkisi olan Pschitt, İngilis dilində tələffüz edilincə iştah qaçıran bir mənaya gəlir.

 

5) Etiket dizaynında rənglərin qlobal bazda istifadəsini düşününcə də diqqət etməmiz lazım olan əhəmiyyətli yerli və beynəlxalq anlayışlar mövcuddur. Məsələn, ağ rəng Yaponiyada ölümü xatırladır, yaşıl rəng Səudiyyə Ərəbistanında olduqca sevilir.

MARKA FACİƏSİ