SEO xidmətləri

SEO xidmətləri - Seo ingiliscə “SEARCH ENGİNE OPTİMİZATİON”, Azərbaycan dilində axtarış sistemi Optimizasiya  deməkdir. Bu Optimizasiya  nəticəsində veb saytınız axtarış sistemlərində üst sıralarda çıxacaq və potensial müştərilərinizin sizi daha asan tapmasına yardımçı olacaqsınız. Seo haqqında ətraflı məlumat verməmişdən əvvəl axtarış sistemlərinin tarixi və hansı mexanizmlə çalışmağından danışaq:

 

İlk axtarış sistemi: Archie 

 

1990-cı ildə indiki axtarış sistemlərindən daha fərqli və funksionallığı daha az olan Archie hazırlanmışdır. İlk zamanlar yalnız fayl axtarmaq mümkün idi. Bunun kompüterinizdə fayl axtarmaq fərqi yox idi. Çünki Archie veb saytların kontentini görə bilmirdi. 

 

1994-cü ildə isə Archie-nin daha təkmilləşmiş versiyası olan Altavista hazırlamışdı. Altavista fərqli dillərdə axtarış edə bilən ilk axtarış sistemidir. Lakin bu axtarış sistemi “Google”, ”Yahoo!” kimi sistemlərin hazırlanması və gündən günə inkişafı nəticəsində geridə qalaraq əvvəlcə “Overture” şirkəti tərəfindən alındıqdan qısa zaman sonra isə “Yahoo!” bütün şirkətin sahibi oldu. SEO xidmətləri bir çox veb sayt üçün əvəzolunmazdır. Bir çoxuna görə “Yahoo!” əlindəki datadan lazımi qaydada istifadə etməmiş və istədiyi nüfuza sahib ola bilməmişdi. E-poçt xidmətinin ideal olmasının əksinə axtarış sisteminin təkminləşməməsi nəticəsində “Google” “Yahoo!”- nu geridə qoyaraq dünyanın ən böyük şirkətlərindən biri olmuşdur.

 

“ Google”-un qısa tarixi.

 

Google Stanford universitetinin iki tələbəsi tərəfindən hazırlanır. Heç kimi bu layihənin bu qədər “tutacağından” xəbəri yox idi. Hətta bunlardan xəbərsiz iki yaradıcı tələbə bu sistemi satmağa çalışsalarda cəhdləri boşuna çıxıb.

Google ilk uğurlarını “PageRank (PR)” alqoritmi vasitəsi ilə qazanmışdır. Bu alqoritm Google-un axtarış nəticələrini sıralamasını 1-10 arası qiymətləndirmə ilə tənzimləyən “şkala” rolunu oynayır. Yəni əgər saytınızı bu alqoritmdə saytınızın dəyəri 1-dirsə saytınız pis, 8-10 arası qiymətlənirsə deməli saytınız tam qaydasındadır. 

 

PageRank həm saytınızın kontentinə və sizdən çıxan “backlink”-ə həm də saytınızda olan “backlink”-i nəzərə alaraq qiymətləndirir. Günümüzdə axtarış nəticəsinə təsir edən faktorlar 200-ə yaxın olsa da illər öncə sadəcə bu 3 şərt saytınızın ön sıralarda çıxmasına bəs idi. SEO xidmeti bir çox fərqli faktorun birləşməsidir.

 

Google işləmə mexanizmi nədir? 

 

Saytınızda yeni bir məqalə əlavə edirsiniz və ya saytı yeniləyirsiniz.

 

  1. Google-un ağıllı botları (hörümçəkləri) saytınızı ziyarət edir. 
     

Google-un bu ağıllı botları əsasən linkləri izləyərək saytınızda “gəzinir”. Əgər düzgün bir link yoxdursa “gəzinti” sizin üçün xoş təəssüratlarla bitməyəcək.

 

  1. SEO xidmətləri zamanı, saytınızın xəritəsini olması lazımdır. Hansı ki, linkləri sırasını və yerini təyin edəcək
     

  2. Əgər robot.txt faylının içinə Google-nin botlarının girməsini əngəlləyən məlumat daxil etmirsinizsə botlar sizin saytınızı ziyarət etməyəcək.
     

  3. Saytınıza girən linklər “NoFollow” kontentindədirsə o zaman botlar bu linklərə daxil olmayacaqdır.
     

  4. Ziyarət edilən səhifənin Google-un qaydalarına uyğun olub-olmadığı yoxlanılır.
     

  5. Əgər səhifə qaydalara uyğun deyilsə lazımi cəza kəsilir.
     

  6. Hər şey qaydasındadırsa o zaman botların səhifəni ziyarətindən bir neçə saniyə sonra  səhifə təsdiqlənər və indeksə alınar.

 

İstifadəçi Google-də axtarış edər və bu zaman:

 

  1. Google keçmiş axtarışları və axtarılan sözə oxşar sözləri nəzərə alaraq bəzi tövsiyələr verər.
     

  2. Axtarış nəticələrinə həm də domen və səhifənin nüfuzu da təsir göstərir. 
     

  3. Hər kəsin axtarış nəticəsi eyni olmur. Çünki Google axtarış etdiyiniz hər bir sözə görə sizə nəticə çıxarar.

 

SEO xidmətləri nədir və sayt necə SEO optimizasiyasına uyğunlaşdırılır?

 

Seo-da 3 təməl qayda var hansı ki bunlara əməl etməsəniz istədiyiniz nəticəni əldə etmək çox zamanınızı alacaq

 

  1. Axtarış botlarına uyğunluq.
     

    1. Sayt daxili və sayt xarici optimizasiya.
       

    2. Saytınızın proqramlaşdırma hissəsinin ən son standartlara uyğun olması sizə faydalıdır.
       

    3. Saytınızın yüklənmə sürəti maksimum 3 saniyə olmalıdır. Google-un botları yüklənmə sürəti çox olan saytları ziyarət etməyi heç də sevmirlər.
       

    4. Robot.txt və ya digər şifrələmələr ilə Google botlarının sayta girişini əngəlləyən metodlardan istifadə etmək olmaz.
       

    5. Çalışdıqca “inline Javascript” və “inline CSS” kodlarından istifadə etməyin.
       

    6. SEO xidmətləri həyata keçirərkən diqqət edilməli digər bir vacib məqam, saytınızın mobil versiyasının olmasıdır.
       

Yuxarıda qeyd edilənlərə əməl etsəniz gözlə görülən bir fərq hiss edəcəksiniz. Lakin hər şey bununla bitmir. 

 

Keyfiyyətli kontent.
 

Saytınızın kontenti köçürülmüş, az və mənasız olması yaxşıya əlamət deyil. Yaradılan bütün səhifələr özünə məxsus və faydalı olmalıdır.

 

Axtarış həcmi
 

Heç kim tərəfindən axtarılmayan məqalə, məhsul və başqa kontent məhsulu yerinə ən çox axtarılanları bir yerə yığmağınız sizin xeyrinizə olacaqdır.

 

Başlıq və meta açıqlamaları
 

Bunlar nə qədər cəlb edici olsa bir o qədər yaxşıdır.

Zərərli və lazımsız “Backlink”-lərdən qurtulun. Bu SEO xidmətləri üçün ən vacib amillərdən birisidir.

Axtarış sistemləri tərəfindən bloklanmaq istəmirsinizsə o zaman lazımsız linklərdən istifadə etməyin.
 

İstifadə rahatlığı
 

Bir çoxunun heçə sayıb ancaq yuxarıda qeyd edilənlərə əməl etməsi nəticəsində cəhdləri uğursuz olur. Unutmaq olmaz ki, Google istifadəçinin rahatlığı, sayt içərisində rahat hərəkət edib, kontentdən faydalanması, saytda qalma zamanı və b. Hamısı saytın axtarış sistemlərində hansı sırada çıxmasına təsir edir.

 

Web saytların bir digər əvəzedilməz hissəsi isə təbii ki, Robots.txt faylıdır. Bu fayl axtarış sistemlərinə saytınızın hansı hissələrini indeksləyə biləcəyini, hansı indeksi yoxlamalı olduğunu, hansı axtarış sisteminin daxil olmasına icazə verilmədiyini izah etmək üçün sadə bir skriptdir. Hörümçək də adlandırıla bilən axtarış sistemi proqramı, saytınıza gəldikdə əvvəlcə bu faylı yoxlayır və fayldakı əmrlərə uyğun olaraq saytın icazə verilən hissələrini indeksləşdirir. SEO xidmətləri zamanı əgər Robots.txt faylınız düzgün şəkildə hazırlanıbsa, bu zaman saytınız axtarış sistemləri tərəfindən daha sürətlə yoxlanılır. Bu isə Crowl Budget dəyərinin daha az olmasına və saytınızın daha üst cərgələrdə yer almasına səbəb olur.

SEO xidmətləri