SSL sertifikatı (Https) nədir? Niyə SSL sertifikatı almalısınız?

Açıqlaması "Secure Sockets Layer" olan SSL sertifikatı saytınızın təhlükəsiz olmasını bildirən faktorlardan biridir. Özəlliklə alış-veriş saytlarında mütləq tələb edilən bu sertifikatın hədəfi müştəri və sayt arasında etibarlı münasibət yaratmaqdır. Çünki bu sertifikatla qorunan saytlarda yazdığınız bank kartı məlumatları, hər hansı digər şəxsi məlumatlar üçüncü tərəflə bölüşülə bilməz.

SSL sertifikatının özəllikləri:

  • Sertifikatın sahibinin şirkət ünvanı

  • Sertifikatın seriya nömrəsi və son istifadə tarixi

  • Sertifikatı verən təşkilatın elektron imzası

Istifadə edilən server ilə internet brauzeri arasındakı prosesləri şifrələyən və bunu üçüncü tərəflə bölüşməyin qarşısını alan SSL sertifikatı standart olaraq bir alqoritm üzərində qurulmuşdur. Bunlardan əlavə sertifikatı istifadə etdiyiniz saytın link hissəsində “Https” protokolu görünəcəkdir. Bu artıq sizin artıq etibarlı xidmət verdiyinizin göstəricisi olacaqdır. Bu sertifikatın digər özəlliyi isə sayt üzərindən edilən alış verişlərin tarixini yaddaşında saxlayır. 

 SEO-ya təsir edir?

Əvvəllər Google bank kartı məlumatları tələb edilən saytlar üçün SSL sertifikatı məcburiyyəti qoymuşdu. Lakin hal-hazırda bu dəyişib. İndi Google qeydiyyat tələb edən bütün saytlarda SSL sertifikatını məcburiyyəti var. Bu isə Google axtarış nəticələri sıralamasına SSL sertifikatının təsir etdiyini dedi. Deməli ön sıralarda çıxmaq üçün tələb olunan 200-dən çox faktordan biri də SSL sertifikatıdır. Lakin bu SSL sertifikatı olan bütün saytların Google tərəfindən öz sektorunda ön sıralarda çıxacağına zəmanət vermir. 

SSL sertifikatı (Https) nədir? Niyə SSL sertifikatı almalısınız?