BÖHRAN ZAMANLARINDA MARKALARIN SOSİAL ŞƏBƏKƏLƏRƏ YANAŞMASI NECƏ OLMALIDIR?

İctimai böhranlar, təbii fəlakətlər, hadisələr xalqa və gündəlik həyata təsir etdiyi qədər arxa planda qalan iş dünyasında da öz təsirini göstərir.Bu fövqaladə zamanlarda markalar fərqli davranışlar göstərə bilər. Səssiz qalmaq və ya başsağlığı mesajları vermək bu davranışlara nümunə olaraq göstərilə bilər. Ancaq xüsusilə böhran vaxtlarında nümayiş etdirilən münasibətin müştərilərin gələcəkdə də marka ilə əlaqədar təəssüratlarını formalaşdıracağını bilmək lazımdır.

PR Week təşkilatının, 2016-cı ilin əvvəllərində 7 fərqli böhran mütəxəssisi ilə görüşərək etdiyi bir araşdırmasında ortaya çıxan ümumi nəticə, böhran vaxtlarını  'aranızın pis olduğu bir müştəriylə edilən bir iclas' kimi ələ alınması istiqamətində olmuşdur.

Max Borges Agency GMY Frank Manteronun böhran vaxtları ilə əlaqədar ən çox diqqət edilməsini vurğuladığı faktor “keçid vaxtı”dır. Mantero, böhran vaxtlarında edilən səssizlik siyasətindən sonra yenidən sosial şəbəkə ünsiyətinə başlayarkən paylaşımların minimum səviyyədə tutulmasını məsləhət görür. Böhranın yaşandığı ilk 5 gün içərisində reklam təşkil etməyən bir başsağlığı mesajının da verilməsini və hətta lazım olduğunu qeyd edir.

SELIG Multimedianın CEO-su Glenn SELIG ünsiyyətin davam edə biləcəyini ancaq böhrana istiqamətli, hətta əgər mümkünsə kömək məqsədli olmasını vurğulayır. Böyük bir kütləyə səslənən bir markanın belə anlarda yüzlərlə insanı məlumatlandıran bir xəbər agentliyinə çevrilə biləcəyini, ancaq bunu edərkən tərəfsiz qalınmasını və markadan uzaqlaşılmaması lazım olduğunu ifadə edir.

Seligin bu yanaşmasının olduqca humanist olduğunu söyləmək mümkündür. Bu marketinq mütəxəssisi, markaların gündəmi izləyərək səssizliklərini çox uzun müddət davam etdirməməsi lazım olduğunu deyir.

Böhran İdarəsi İnstutu CEO-su Deb HILEMAN isə markaların əsla səssiz qalmamaları lazım olduğunu əhəmiyyətlə vurğulayır. Gərək başsağlığı mesajları və məlumatlandırma mesajları, gərək böhrandan təsirlənən fərdlər üçün yardım kampaniyaları hazırlayaraq markaların xüsusilə böhran vaxtlarında varlıqlarını hiss etdirməsi lazım olduğunu izah edir.

Ola biləcək bir böhran vaxtında, sosial şəbəkəyə yanaşmanızı təyin etmək təbii ki sizin əlinizdədir. Ancaq ictimai böhranların iş həyatının bir hissəsi olduğunu qəbul edərək bu vəziyyətlərə qarşı əvvəldən bir strategiya təyin etməlisiniz. Böhran vaxtlarında isə gündəmi davamlı izləyərək 'normal ünsiyyətə' davam etmək üçün ən uyğun zaman axtarılmalıdır. Ünsiyyətə keçmənin uyğun olduğunu düşündüyünüz zamanda çox rəngli və əyləncəli tərkibdən qaçmalı və müştərilərə onları anladığınızı və kədərlərini bölüşdüyünüzü hiss etdirməlisiniz.

BÖHRAN ZAMANLARINDA MARKALARIN SOSİAL ŞƏBƏKƏLƏRƏ YANAŞMASI NECƏ OLMALIDIR?