YARADICILIĞINIZI ORTAYA ÇIXARDIN!

Bəzi insanlar necə bu qədər yaradıcı ola bilir? Yaradıcı olmağın bir yolu var? Yaradıcı fikir arxasında qaçanların özlərinə tez-tez soruşduğu suallardır. Yaxşı, tam olaraq nədir bu yaradıcılıq? Həqiqətən bir nəzəriyyəyə bağlıdırmı ya da müəyyən qəlibləri var?

Yaradıcılıq nə doğuşdan gələn bir qabiliyyət nə də birdən-birə gələn bir ilham qaynağıdır. Yaradıcılıq daha əvvəl yaradılmış olanın üstünə çıxa bilmə, deyilməyənləri söyləmə, edilməyənləri edə bilmə səyidir. Yaradıcılıq üçün lazım olan şey; məlumat və fərqli bir düşüncə formasına sahib olmaqdır. Yaradıcılığınızı inkişaf etdirmək istəyirsinizsə bəslənməlisiniz. Bəslənmək bu sektorda çox istifadə olunan sözlərdən biridir. Kitab oxuyun, kinoya gedin amma bunlara gedərkən nə olaraq gedib nəyə baxdığınız və nə üçün izlədiyiniz çox əhəmiyyətlidir. O filmdəki bir səhnəni görəsən istifadə edə bilərəm? Və ya bu günə qədər istifadə edilməmiş bir filmin səhnəsini alıb reklamda istifadə edim? deyə baxmaq daha əhəmiyyətlidir. Ona görə bəslənmək amma doğru bəslənmək lazımdır. Yaxşı, yaradıcı proses mərhələsini idarə etmək mümkündür? Bu prosesi Jack Fosterin “Fikir Necə Tapılır?” kitabından qısaca baxmış olsaq;

İlk mərhələ: Məhsulunuz və ya xidmətləriniz ilə əlaqədar ''xammalları yığmaq'' olmalıdır.

İkinci mərhələ: Xammalları mənimsəmək və aralarındakı əlaqələri araşdırmaqdır. Bu mərhələdə problemi tez həll edə bilmirsinizsə bir qəhvə fasiləsi verə bilərsiniz.

Üçüncü mərhələ: Tunelin ucundan gələn işığı gördüyünüz mərhələdir. Bu işıq üzərinizə sürətlə gələn bir qatarın işığı ola bilər ki  həmin an olduqca təsir edici bir fikrə sahibsiniz deməkdir. Təbrik edirik!

Dördüncü mərhələ: Qatarın həqiqətən gedib getmədiyini, neçə vaqonu arxasında sürükləyə bildiyini, ən əhəmiyyətlisi də relsdən çıxıb çıxmayacağının analiz edildiyi mərhələdir.

Mükafat qazanmış işlər üzərindəki araşdırmalara baxdığımızda yaradıcı fikirlərin təxminən 90%-nin müəyyən qəliblər altında sinifləndirilə bildiyini görürük. Bu günə qədər reklam yaradıcılığında nələr əsas götürülərək reklam çıxarıldığı araşdırılıb və ortaya bir neçə qəlib çıxıb. Məsələn, Fransada təşkil edilən bir golf turniri üçün bir elan fikri axtarırsınız. Əvvəlcə araşdırmaya başladınız. Fransadakı golf turnirini izah etmək üçün nə edə bilərik?

Fransada ki golf turnirini izah etmək üçün bir dənə croissants (Fransanın milli şirniyatı), bir dənə də golf topunu birləşdirib bir elan edə bilərik. Bu bir yaradıcılıqdır. Bacara bilirsinizsə  üç hətta dörd şeyi birləşdirin. Birləşdirmə, bənzətmə və ya tərsdən göstərmə, şişirtmə, məcaz bunlar yaradıcı qəliblərdir. Amma bu qəliblərə girməyən və girməməsi lazım olduğunu düşündüyümüz başqa cür yaradıcılıqlar var. Onu axtarıb tapdığınız zaman yaradıcı olursunuz. Bunları bir neçə nümunə ilə ələ alaq;

1.Birləşdirmə

Məhsul və ya xidmətləriniz ilə əlaqədar ''xammalları '' daha əvvəldən təyin etdiyiniz mesaja və ya məcraya görə əlaqəli hala gətirin.

2.Hərəkətə Geçirmə

İstifadəçini reklama yönləndirin. Bu mərhələdə sadə və aydın ola bilməyə diqqət göstərin.

3.Bənzətmə

Məhsul ilə əlaqəli simvolu, mesajınız ilə bütünləşdirin.

4.Əksiltmə

Mətni, məhsulu, məhsulun adını hətta loqonu çıxartmağı yoxlayın.

5.Şişirtmə

Ola biləcək qədər şişirdin.

6.Alternativ

Birbaşa məhsula deyil faydaya fokuslanın.

7.Əksini düşün

Məhsul olmasaydı həyat necə olardı.

8. Həddindən artıq səy göstərin

Məhsulunuzu istehlakçının gözündən görməyə çalışın.

 

YARADICILIĞINIZI ORTAYA ÇIXARDIN!