Linkedin-də Uğur Qazanmağın 7 Asan Yolu

Son dövrlərin populyar sosial şəbəkə platforması olan Linkedinin əslində Facebook, Twitter, Snapchat və İnstagram-dan daha uzun müddət əvvəl istifadəyə verildiyini bilirdinizmi? Linkedin peşəkarların bir arada olduğu ən böyük biznes yönümlü şəbəkədir. Bu şəbəkə 200-dən çox ölkədə 500 milyondan çox istifadəçiyə malikdir. Linkedin-də istər iş sahibi, istər işsiz biri kimi yeni imkanlar əldə edə bilərsiniz. Linkedin sizə profilinizi, təcrübənizi, tövsiyələrinizi və əlaqələrinizi nümayiş etdirmək imkanı verir. İşə götürənlər namizədlər haqqında fikir formalaşdırmaq istəyərkən Linkedin profilinizə nəzər yetirə bilər. Yəni, hesabınız sizin haqqınızda ilkin peşəkar təəssürat yarada, eləcə də, iş dünyasında sizə, biznesinizə qarşı etibarlılıq yarada və nailiyyətlərinizi önə çıxara bilər. Bu günkü bloq yazımızda sizlərə Linkedin platformasında asanlıqla və zaman itirmədən inkişaf əldə etməyin 7 üsulundan bəhs edəcəyik.

 

1) Güclü təməl qurun - Linkedin profili sizin onlayn mövcudluğunuzu peşəkar şəkildə əks etdirir. Məsələn, potensial müştəri adınızı axtarışa verdikdə Linkedin hesabınızın həmin axtarış nəticələrində ilk sıralarda çıxması ehtimalı yüksəkdir. Dolayısıyla, yaradacığınız ilkin təəssürat çox vacibdir. İlkin təəssürat dedikdə profil məlumatlarındakı ən xırda detallar belə nəzərdə tutula bilər (öz paylaşımlarınız, başqalarının paylaşımlarına bildirdiyiniz “reaction” və şərhlər, iştirak etdiyiniz qrup müzakirələri və s.). Oxşar tələblər Linkedindəki “iş statusu”-nuza da aiddir. Peşəkar görünmək istəyirsiniz? Daim iş statusunuzu yeniləməlisiniz; öz üzərinizdə çalışıb yeni “activity”-lərinizlə hesabınızı zənginləşdirmək olar. Xülasə, profilinizi tamamlayaraq peşəkar imicə sahib olun, fikirlərinizi, peşəkarlığınızı nümayiş etdirən media faylları paylaşın və müştərilərinizin digər sosial şəbəkə hesablarınızı asanlıqla tapa bilsin deyə onların linklərini də daxil edin. Güclü təməli olan profil yaratmağa birdəfəlik iş kimi baxmayın - davamlı fəaliyyətdə olun.

 

2)  “Networking” yaradarkən məntiq yürüdün. Əlaqələrinizi heç vaxt məhdudlaşdırmayın; fərdi dəvət göndərilərsə və şəxsin peşəkar profili (şəkil daxil olmaqla) varsa, əlaqə yaratmaqdan çəkinməyin. Şəxsi və ya peşəkar nöqteyi-nəzərdən insanlarla əlaqə saxlamağınız məntiqlidirsə, o zaman ağıllı şəbəkənizi qurun. Ola bilsin ki, bu gün bütün bu bağlantılara ehtiyacınız olmaya bilər, bəs 5 il sonra? Sonradan sağlam təməlin qoyulması üçün şəbəkənizə indidən investisiya qoyun. Müxtəlif sahədən olan insanlarla yaradılmış əlaqələr sizə nə vaxtsa hər cür qapıları aça və heç vaxt təsəvvür etmədiyiniz imkanları yarada bilər.

 

3) Davamlı olaraq hesabınıza zaman ayırın və dəyər verin - yeni müştəriləri biznesinizə yönləndirməyin ən dəqiq yoludur desək, yanılmarıq. Linkedin-də fərqlənmək və yaddaqalan olmaq istəyirsinizsə, davamlı olaraq aktiv olmalısınız. Dəyər vermək o deməkdir ki, siz bağlantılarınızla daim ən yaxşı və ən uyğun məzmunu paylaşırsınız. Bağlantılarınızı motivasiya edəcək, ruhlandıracaq, problemlərini həll etməyə, daha yaxşı hiss etməyə və ya həyatlarında daha çox şey əldə etməyə kömək edə biləcək məzmunlar paylaşın. Ümumi mövzularla yanaşı, zaman-zaman məhz öz sahənizlə də bağlı məzmunu paylaşmaq vacibdir. Beləliklə, özünüzü sahənizdə peşəkar kimi təqdim edə biləcəksiniz. Əgər həqiqətən bir mütəxəssis kimi görünmək istəyirsinizsə, öz fikirlərinizi dərc etməlisiniz. Çünki günün sonunda, Linkedin-də marketoloq yox, marketinq üzrə influencer kimi tanınmaq daha vacib rol oynayır. Siz daim aktiv olmaqla və keyfiyyətli məzmun paylaşmaqla bağlantılarınıza şəxsi və ya peşəkar həyatlarında növbəti səviyyəyə qalxmalarına kömək edəcəksiniz.

 

4) Yeri gəldikdə başqalarını önə çəkin, reklam edin. Bağlantılarınıza kömək etmək onları və bizneslərini inkişaf etdirməyin sürətli yoludur. Problem ondadır ki, insanların çoxu şəbəkələşmənin bu aspektinə diqqət yetirmirlər, çünki onlar öz məhsullarını satmağla məşğuldurlar. Kontaktlarınızı tanıtmaqla, yeni tanışlıqlar və tövsiyələr vasitəsilə müvafiq formada onları birləşdirin. Buna şəbəkənizi təhlil etməklə başlaya bilərsiniz - şəbəkənizdə qarşılıqlı fayda əldə edə biləcək insanları müəyyən edə bilərsiniz. Yaxud bağlantılarınızla görüşlər və ya kiçik qrup tədbirləri təşkil edin. İnsanları bir araya gətirmək çox əhəmiyyətli bacarıqdır və sizi “influencer” kimi mövqeləndirir. Həmçinin, əlaqələrinizi ictimaiyyət qarşısında tanıdın, yaxşı mənada qiymətləndirin və bağlantılarınızın nailiyyətlərini daim dəyərləndirin. Bu cür fəaliyyətlər başqaları üçün çox böyük önəm kəsb edir və nəticədə, siz bu prosesdə özünüz üçün də biznes uğurlarına nail olacaqsınız.

 

5) Linkedin üzvləriylə münasibətdən çəkinməyin. Bu, Linkedində uğurlu olmaq üçün ən vacib ipucudur. Əgər siz bu sosial şəbəkədə introvert birisi olaraq mövcud olacaqsınızsa, yuxarıda sadalanan məsləhətlərin heç biri yararlı olmayacaq. Şəbəkənizdə lazımi insanlarla daha dərin əlaqələr qursanız, təsir gücünüzün artacağına şahid olacaqsız. Uğur əldə etmək liderlik, güvən, bəyənilmə və təsir yaratmaq kimi bir çox meyarlar əsasında yaranır. Linkedində əlaqə yaratmağa çalışın. Şəbəkə üzvlərinizlə dialoqa başlaya biləcəyiniz sualları və paylaşa biləcəyiniz şərhləri düşünün. Söhbətlərə başlamaq başqalarını işə cəlb etməyə təşviq edir ki, bu da şəbəkənizi əvvəllər heç görmədiyiniz və ya görüşmədiyiniz insanlarla genişləndirmək üçün qapı açır.

 

6) Linkedin alqoritmindən bəhrələnin - Linkedinə daxil olduğunuz zaman bəzi yazıları dərhal görürsünüz, digərləri isə bəzən başqa məzmunların arasında gözdən qaçır. Məzmununuzun başqaları tərəfindən görülməsindən əmin olun. Bunun üçün Linkedin alqoritminin necə işlədiyini bilmək kifayətdir. Linkedin alqoritmi 3 fərqli filtrlə işləyir:

  • Keyfiyyət – paylaşılan məzmun spam olmamalıdır. Əks halda, Linkedin botları, dərhal məzmununuzu siləcək!
  • Qarşılıqlı təsir(interaction) – aktivliyiniz postunuzun əldə etdiyi bəyənmələr, şərhlər və paylaşımlara əsasən ölçülür. Siz hətta bir neçə sözdən ibarət mem (qısa mətn) paylaşa bilərsiniz! Vacib olan bağlantılarınızın üzündə gülüş yaratmaqdır.
  • Etimad - Linkedin yaxşı məzmun yazan insanları bəyənir. Əgər yeni başlayırsınızsa, davamlı olaraq yaxşı yazılar yazmaq zaman keçdikcə etimad qazandıracaq.

Bonus: Nə qədər çox postunuz olsa, Linkedin sizi bir o qədər önə çıxaracaq. İlk başlarda kifayət qədər yüksək “engagement” əldə etməyə bilərsiniz. Ancaq daha çox paylaşımınız olarsa, məzmun daha yaxşı sıralanar və istifadəçilərin qarşısına daha çox çıxar.

 

7) Keyfiyyətli postlar hazırlayın - Linkedin yazıları uzun bir kitab deyil kimi deyil, qısa bir xülasə formasında olmalıdır. Linkedin-də məzmun oyununundan qalib çıxmaq istəyirsənsə:

  • Qısa və pozitiv yazılar yazın.
  • Diqqət çəkmək istəyirsinizsə, şəkil əvəzinə video kontentdən yararlanın.
  • Video sevmirsinizsə, sırf mətn kontentlərinə üstünlük verin.
  • Sual-cavablar təşkil edin.

Məzmununuza daha çox trafik əldə etmək istəyirsinizsə, hamının yatdığı gecə yarısı saatlarında paylaşım etməyin. Gecələr məzmun yazmağı xoşlayırsansa, səhərə saxlayın! İdeal olaraq, insanların işlədiyi saatları - səhər 9-dan axşam 5-ə kimi olan vaxt aralığını seçin.

 

Nəticə olaraq bunu demək olar ki, Linkedin hesabı yaratmaq hələ yolun başlanğıcıdır, və bu yolda uğurlu olmaq üçün sadalanmış məsləhətləri gözdən keçirməkdə fayda var. Linkedini CV-nizi yaxud işinizi virtual şəkildə nümayiş etdirmək üçün bir yer olaraq düşünə bilərsiniz, lakin bu şəbəkə bundan daha çox məna kəsb edir. Profil məlumatlarını doldurmaq təkcə sizi axtaran insanlara kömək etmir, həm də Linkedin-in profilinizi axtarış nəticələrində göstərmə ehtimalını artırır. Unutmayın ki, Linkedin hər zaman “tam və təbii” profillərə üstünlük verir.

Linkedin-də Uğur Qazanmağın 7 Asan Yolu