SEÇDİYİNİZ MƏHSUL SİZSİNİZ! (LOVEMARK OLMAQ NƏDİR?)

Başqaları nə qədər sizi cəlb etsə də siz yenə gedib, könlünüzün sultanını almaq istəyərsiniz. Hətta buna ən gözəl nümunə; Sizə üz verməyən və aşiq olduğunuz və xəyallarınızı bəzəyən qarşı cinsin mənasız hərəkətlərini belə qəbullanmağınız ola bilər.

Yəni hər bir məhsul əslində şəxsləri əks etdirən və bir hissəsi halını alan elementlərdir. Avtomobildən tutun, kosmetik, qida və s. buna sevdiyiniz marka (lovemark) deyirlər. Bir markanı çox çox istəyir və ondan başqa alternativ düşünmürsünüzsə şübhəsiz siz də o məhsulla eşq yaşayırsınız deməkdir.

Belə ki inkişaf etməkdə olan cəmiyyətlərdə daha çox görülən bu vərdiş kənardan baxıldığında fanatlıq olaraq görünsə də, əslində bu sevginin memarı olan marka tərəfi üçün heç də asan deyil. Məhsulu çıxarmanın yanında ona bir imic qazandırmaq və istifadəçinin ehtiyaclarını müəyyənləşdirmək, onun cəmiyyətdəki statusunun bir sinif üstə qalxmasına kömək olacaq.

Ən çox sevərək geyindiyiniz gödəkcəniz, köynəyiniz və ya hər hansı əşyalarınızın markalarını alt alta yazdığınızda sizi hansı markaların rahatlatdığını da görmüş olacaqsınız.

Bir nümunə; Samsung, Appledan daha yaxşı və funksiyalı telefonlar istehsal edə bilər. Onu keçə bilər. Ancaq, bu iPhonenin lovemark olduğu gerçəyini dəyişdirməz. Marka olmaq, eyni zamanda duyğuları da məhsulun içinə qoymaq deməkdir.

Mütəxəssislər, psixologiyada buna rahatlıq sahəsi yaratmaq deyirlər. Yəni siz üzərinizə götürdüyünüz hər bir əşya ilə əslində öz rahatlığınızı qurmuş olursunuz. Mən Pepsi içmirəm və ya Coca-Cola içmirəm dediyinizdə başqa bir markaya isdiqamətləndiyiniz mənasına gəlir. Bunu pozan bir afisantın istəmədiyiniz içkini gətirdiyində hiss etdiyiniz üzüntünü bir siz bilirsiniz, bir də Allah.

Yuxarıda da qeyd etdiyimiz kimi, dünyada bir çox marka məhsullarını çıxararkən içinə bir ruh qata bilsələr, müştəriləri ilə bir bağ qura bilirlər. Müşahidələr göstərir ki və bunu bacaran markalar şübhəsiz məhsulu çıxarmaqdan çox, o məhsulun istehlakçının dünyasında necə bir rahatlıq meydana gətirəcəyini və həllini tapan markalardır.

Markalar arxitekturalarını meydana gətirərkən, o markanın içinə əgər missiyalarını və hekayələrini qatmazlarsa dadsız, qoxusuz bir məhsulu müştərilərlə tanışdırmış olurlar.

iPodumu əlimə aldığımda hissetdiyim həyəcan və xoşbəxtliyi mənə başqa hansı musiqi pleyer hiss etdirə bilər?

İndi siz də almağı çox istədiyiniz məhsulu bir yerə qeyd edin və o məhsulu hansı səbəbdən çox istədiyinizi düşünün.

SEÇDİYİNİZ MƏHSUL SİZSİNİZ! (LOVEMARK OLMAQ NƏDİR?)