SEO nədir

SEO nədir - SEO ingilis dilindən tərcümədə Search Engine Optimization sözlərinin qısaldımasından yaranmışdır və  "Axtarış Sistemlərinin Optimizasiyası" deməkdir. SEO, veb sayt trafikinizin keyfiyyətini, miqdarını və məşhurluğunu ödənişsiz olaraq artıran bir optimizasiya prosesidir.

 

Başqa sözlə:

 

Axtarış Sistemlərinin Optimizasiyası (SEO) veb saytların axtarış sistemlərində daha yaxşı nəaliyyət əldə etməsi üçün görülən bütün işlərə verilən addır.

 

SEO nədir sualına bir digər cavab, həmçinin veb saytınızın axtarış nəticələri səhifəsində (SERP) daha yaxşı yer tutması üçün davamlı inkişaf etdirmə prosesidir. SEO ilə veb saytınızın texniki göstəricilərini artıra və daha çox istifadəçi əldə edə bilərsiniz. SEO xidmeti ehtiyacınız varsa, bunun üçün Webcoder.az saytına müraciət edə bilərsiniz.

 

Bu məzmundan sonra tez-tez verilən bütün SEO suallarına tez cavab ala biləcəksiniz. Bu məzmun ilə SEO nedir sualının cavabını və axtarış sistemləri optimallaşdırmasının necə edildiyi barədə məlumat alacaqsınız.

 

SEO optimizasiyasının məqsədi veb saytları Google-da və ya açar sözlərə əsaslanan hədəfli bir axtarış sistemində ilk sıralarda sıralamaqdır. Bir çoxlarımızın bildiyi kimi daha yüksək pillələrdə yer alan veb saytlar daha çox klik əldə edir.

 

Rəqiblərinizdən üstün olmaq çətin bir proses ola bilər, ancaq axtarış sistemlərinin optimallaşdırması ilə bu daha rahat hala gəlir. Google və digər axtarış sistemlərinin məzmununuzu oxuması və anlaması üçün mübarizə aparırsınızsa müəyyən bir müddət ərzində, axtarış nəticələri səhifələrində daha yüksək sıraya çıxa bilərsiniz. SEO nədir mövzusu ilə bağlı növbəti məqalələrimizdə daha ətraflı məlumat ala biləcəksiniz.

 

SEO niyə vacibdir?

 

SEO-nun məqsədi veb saytları Google-da və ya sözlərə əsaslanan hədəfli bir axtarış sistemində yüksək sıralamaqdır. Daha yüksək pillələrdə yer alan veb saytlar daha çox klik əldə edir. Çox sayda istifadəçi hər bir veb sayt sahibini xoşbəxt edir, amma burada ən vacib amil ixtisaslı istifadəçilərin sayıdır. Beləliklə, SEO-nu daha çox istifadəçi almaq üçün deyil, daha çox ixtisaslı qonaq almaq üçün etməlisiniz.

 

Axtarış sistemləri necə işləyir?

 

SERP-də yəni axtarış nəticələri siyahısında nəticəni müəyyənləşdirən bir çox amil var, amma ən vacibləri arasında:

 

  • Aktuallıq

 

  • Təcrübə

 

  • Etibar

 

var.  SEO nədir mövzusunda bu göstəriciləri anlamaq və saytınızı buna uyğun optimallaşdırmaq veb saytınıza fayda gətirəcəkdir. Bu amillər vacibdir, çünki Google və digər axtarış sistemləri istifadəçilərinə yalnız ən uyğun və nüfuzlu nəticələr təklif etmək istəyirlər.

 

Google keyfiyyətli axtarış sistemidir. İstifadəçilərinə keyfiyyətli bir təcrübə təqdim etdiyi üçün bu bu qədər sevilir və istifadə olunur. Hansı veb sayt bu keyfiyyət təcrübəsini təmin edirsə, həmişə həmin veb saytını mükafatlandırır. Başqa sözlə, Google'a keyfiyyətli bir təcrübə təmin etməsinə kömək etsək, mükafatı qısa müddətdə alacağıq. Bu nbu keyfiyyət göstəricisi nədir? Keyfiyyətli məzmun istehsal etmək, veb saytımızı qaydalara uyğun optimallaşdırmaq, axtarış sistemləri üçün deyil, istifadəçilər üçün işləmək. Bundan əlavə, bəzi hallarda fərdiləşdirmə son nəticəyə də təsir edə bilər. Məsələn, fərdiləşdirmə üçün: yer haqqında məlumat, istifadəçinin axtarış tarixi, istifadə olunan cihaz və ya sosial əlaqələr.

 

 Açar sözlər SEO üçün niyə vacibdir?

 

SEO strategiyanız üçün açar sözlər vacibdir. Buna görə analitik bir yanaşma istifadə etməlisiniz. Əvvəlcə potensial istifadəçinizi düşünün. Nə axtarış aparır, nə istəyir? Səhifənizi yüzlərlə fərqli şərt üçün optimallaşdıra bilməzsiniz. Bu səbəbdən SEO nədir mövzusunda çox spesifik sorğular seçib nəyi optimallaşdırdığımıza qərar verməyimiz lazımdır.

 

Unutmamalı olduğunuz 3 vacib şey var: 

 

  • Sözlər arası sıxlıq

 

  • Rəqabət

 

  • Uyğunluq.

 

Açar söz axtarma prosesi, açar sözlərin axtarış həcmi, axtarış sıxlığı (insanlar bu açar sözü nə qədər axtarır) və rəqabət (bazar nə qədər rəqabətlidir) arasındakı əlaqədir. Açar söz axtarma prosesi hansı açar sözlərin ən böyük potensiala sahib olduğunu və hansının saytınıza daha çox hədəflənmiş trafik gətirməsinə daha çox kömək edəcəyini öyrənməyə kömək edir.

 

Sitemap.xml nədir?

 

Sitemap ingilis dilindən tərcümədə sayt xəritəsi olaraq tərcümə olunur. Sayt xəritəsi, axtarış sistemlərinin veb saytları daha yaxşı başa düşməsi və səhifələrin indekslənməsi üçün xüsusi olaraq axtarış sistemi botları və brauzerlər üçün yaradılmış səhifələrdən ibarətdir. Sayt xəritəsi, başqa sözlə, axtarış sistemi botlarının daha rahat hərəkəti üçün qurulmuş bir sistemdir. SEO nədir başlığı altında internetdə axtarış etdikdə, bu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

 

Bir çox veb sayt, xüsusilə də onlayn satış saytları hər zaman yeni məhsullar əlavə edərək, saytları daha aktual istifadə edirlər. Bu zaman yeni məhsulların səhifələrinin Sitemap-də yerləşdirilməsi olduqca önəmlidir. Bunun səbəbi müştərilərin axtarış sistemlərində daha rahat şəkildə sizin məhsullarınızı tapa bilməsidir. Həmçinin xüsusi kompaniyalar və ya endirimlər zamanı, saytınızdaki qiymət dəyişikliklərinin də axtarış sistemlərində görünməsi üçün, Sitemap sistemi aktual olaraq yeni linklər lə gücləndirilməlidir. SEO nədir və hansı üstünlükləri var və bu kimi bir çox suala saytımızdaki bloqlarda cavab tapa bilərsiniz.

SEO nədir