REKLAMDA RƏNGLƏRİN DİLİ

Reklam ünsiyyətində simvollar hədəf kütləni istiqamətləndirmək məqsədilə istifadə edilir. Yunan dilində  "birləşdirirəm" mənasını verən simvol termini sumbolo sözündən gəlir. Simvollar, həm "varolanı" həm də "varolmayanı" ifadə edir. Məsələn xaç, "xristian olanları" təyin edərkən, olmayanları da "ayırd" edər. Reklam mesajlarında bu məqsəd istiqamətində rənglərdən çox istifadə edirlər. Reklam mesajlarını müəyyənləşdirərkən rənglərin ifadə etdikləri mənasını araşdırmaq üçün rəngin hansı rəng qrupu içində yer aldığını da bilmək lazımdır. Rənglər fərdin daxili dünyasına səslənib, duyğularını hərəkətə keçirirlər.

Məsələn sıxıldığımız vaxtlarda mavi geyinərik. Mavi rəng səmanın və geniş üfüqlərin, dənizin simvoludur. Sərhədsizliyi işarələyir. Dincliyi təmsil edər və sakitləşdirər.

İçməli su reklamlarında mavi və ağ rənglərdən istifadə edilir. Reklamda "sağlam", "təbii", "saf", olduğu mesajlar verilmək istənir.

Oxşar şəkildə "su" qrupunda olduğu bilinən yaşıl da "soyuq" rənglər arasında iştirak edən bir rəngdir, ancaq fərdə "təbiətdə olduğunu" hiss etdirir, sakinlik, daxili dinclik  və ümid verir. Bitki mənşəli çay reklamlarında yaşıl rəng '' sağlıq '', '' yenilənmə '', '' şəfa '',  '' tarazlıq '' '' təbiilik və' 'rahatlıq mesajlarını verir.

İşığın, canlılığın, həyatın, istiliyin simvolu isə sarı rəngdir. Sarı tonları reklam ünsiyyətində tez tez istifadə edilir. Hava qrupundan olan sarı rəng, günəşi təmsil edir və enerji verir.

Hava qrupundan ağ rəng saflığın, təmizliyin simvoludur. Bu səbəblə, sağlamlıqla əlaqəli yerlərdə ağ rəng istifadə edilir. Bütün rənglərin birləşməsindən ibarət olan ağ, dini inanclara görə günahsızlığın simvoludur.

Qırmızı rəng; canlılıq və dinamizmlə əlaqədar bir rəngdir. Qırmızı rəng, fiziki olaraq canlılığı göstərir. İştah açar. Ona görə dünyadakı qida firmalarının çoxu reklam mesajlarında qırmızı rəngi istifadə edir.

Bənövşəyi rəng keçmişdən günümüzə gələn  gücün son pilləsi olaraq düşünülür. Yüksək təbəqələrin, saray nümayəndələri daim bənövşəyi rəng istifadə edir.

Qəhvəyi rəng; reallığı, plan və sistemin rəngidir. Qəhvəyi rəng insanı sürətləndirər.

Tünd mavi sonsuzluğu, nüfuzu, məhsuldarlığı işarələyir. Ona görə dünyadakı firmaların yarıdan çoxu loqolarında tünd mavi rəngdən istifadə edir

 

REKLAMDA RƏNGLƏRİN DİLİ