BOŞ VAXTLARINIZDA SƏNƏDLİ FİLM İZLƏYİRSİNİZSƏ İŞİMİZ ASANDIR!

Bu gün dünyadakı sərhədlər bir məna ifadə etməməyə başladı. Eynşteynin dediyi kimi; “Dünyada iki ölkə vardır. Yaxşılar və pislər ölkəsi.”

İnsanlara boş vaxtlarınızda nələr edərsiniz? sualına ən çox verilən cavablardan biri, “sənədli film izləyirəm” olur. Əgər həqiqətən belədirsə indi deyəcəklərimiz diqqətinizi çəkəcək.

Reklamçılıq və marketinq ünsiyyəti əslində bir peşə olmaqdan çox bir çox şeyi dərk etməyimizlə əlaqəlidir. Yəni başqa insanların görə bilmədiyi əlaqəsiz şeyləri bir araya gətirib yenə insanlara təqdim edərək satışın təsirini artırmaqdır.

Reklam çıxarmaq də əslində bir toxumun cücərməsi ilə eyni şeyi etməkdir. Əgər sənədli film izliyirsinizsə, təbiətin tarazlığını, quşların uçuşunu, heyvanların törəməsini, küləklərin əsməsini, ulduzların necə parladığını, ayın niyə formasını dəyişdirdiyini, mövsümləri və hamısının necə bir ahənglə vəzifələrini yerlərinə gətirdiyini bilirsiniz deməkdir.

REKLAM MƏNTİQİ SEVİR!

Əgər siz bunları bilirsinizsə deməli hər şeyin bir zamanı olduğunu da bilirsiniz. Bir ağacın mövsümü gəlmədən meyvə verə bilməyəcəyini, bir çiçəyin yenə zamanı gəlmədən açamayacağını bilməlisiniz.

Əslində reklam da bu məntiqi sevir. Yəni nə zaman toxum atılar, nə qədər gözlənilər, nə qədər müddət sonra məhsul alınar, bu məhsul necə böyüdülər və insanlara nə cür təqdim edilir, hamısının bir vaxtı vardır.

Əgər bütün bunları biliriksə işimiz də asanlaşır. Birdən birə marka ola bilməyəcəyimizi, bir reklamla hər kəs tərəfindən seçilməyəcəyimizi və əslində hər şeyin bir vaxtının olmasını bilmək lazımdır. Əgər təbiətə tərs bir şeylər etsək məhsul alamayacağımızı və ya alsaq da az olacağını bilməliyik.

Əgər siz də bunları bilirsinizsə işiniz asandır.

 

BOŞ VAXTLARINIZDA SƏNƏDLİ FİLM İZLƏYİRSİNİZSƏ İŞİMİZ ASANDIR!