FAQ

SEO ingilis mənşəli söz olub, Search Engine Optimization sözlərinin qısaldılmasıdır. Tərcüməsi Axtarış Sistemlərinin Optimizasiyası deməkdir. SEO optimasiyası vasitəsilə veb sayt istifadəçinin tələblərinə daha yaxşı cavab verir və beləliklə axtarış sistemlərində daha üst sıralarda yer alır.
SEM ingilis mənşəli söz olub, Search Engine Marketing sözlərinin qısaldılmasıdır. Tərcüməsi Axtarış Sistemlərinin Marketinqi deməkdir. Axtarış sistemlərində axtarışlar arasında Reklam başlıqlı nəticələr SEM prosesinin göstəricisidir.
Marketing gəlirin artırılması üçün edilən reklam prosesinə deyilir. Xüsusilə son illərdə inkişaf edən Rəqəmsal Marketing, bir çox iş sahəsinin inkişafında əvəzolunmaz amildir.
Veb saytlar, reklamlar, kitablar, jurnallar, afişalar, kompüter oyunları, məhsul qablaşdırması, bannerlər kimi müxtəlif məhsulların və fəaliyyətlərin vizual dizaynı qrafik dizayn olaraq adlandırılır və bu sahənin mütəxəssisi Qrafik Dizayner adlanır. Qrafik dizayner müəyyən bir mesajı, fikri və ya konsepsiyanı əyani şəkildə çatdırmaq üçün marketinq və yaradıcı şöbənin digər üzvləri ilə birlikdə işləyir.
Proqramlaşdırma, müxtəlif tapşırıqları yerinə yetirmək üçün hazırlanmış elektron cihazların funksiyalarını və ya istifadəsini yaxşılaşdırmaq üçün və bir-biri ilə ünsiyyət qurmasını təmin etmək üçün istifadə olunan cihaz əmrləridir.
Saytların yaradılması bir neçə mərhələdən ibarətdir. Lakin əksər hallarda saytların hazırlanması üçün HTML, CSS və JavaScript texnologiyalarından istifadə olunur.
UX konsepsiyası dizaynın funksionallığı, sürəti, texnoloji potensialı, məzmunu və müştəri təcrübəsinə yönəlmişdir. UI konsepsiyası isə bir dizaynın xarici görünüşünü, yəni interfeys xüsusiyyətlərini əhatə edir. Estetik detallar və görünüşlə əlaqəli hər şey UI ilə əlaqədardır. UX və UI adlarını İngiliscə İstifadəçi Təcrübəsi və İstifadəçi İnterfeysi sözlərinin baş hərflərindən götürür.
SMM İngilis mənşəli söz olub, Social Media Marketing sözlərinin qısaldımasıdır. Tərcüməsi Sosial Media Marketinqi deməkdir. Facebook, İnstagram, Linkedin və s. Sosial media platformalarında görülən reklam işləri SMM prosesinin göstəricisidir.