21/01/2022
Müəllif: Web Coder
“zefer.az” saytının təqdimat mərasimi baş tutdu.
Bu gün Heydər Əliyev Mərkəzində 44 günlük İkinci Vətən Müharibəsinə həsr olunmuş “zefer.az” saytının təqdimat mərasimi baş tutub. Qürur hissi ilə bildirmək istərdik ki, “Zəfər”imizin virtual salnaməsi olan “zefer.az” saytının dizayn və proqramlaşdırma işləri “Webcoder” şirkəti tərəfindən yerinə yetirilib.
Sayt ensiklopedik formatda hazırlanaraq Vətən Müharibəsi və “Böyük qayıdış”la bağlı məlumatları özündə ehtiva edir. 12 bölüm, 62 alt bölüm üzrə 4000 səhifə, 7765 şəkil və 757 videodan ibarət olan saytda Azərbaycanın 44 günlük İkinci Vətən Müharibəsini, həmin dövrdə hərbi, siyasi-diplomatik və ictimai müstəvilərdə baş verən bütün hadisələr, məlumatlar mövcuddur.
Təqdimat mərasimində bir sıra rəsmi və görkəmli şəxs, Milli Məclisin deputatları, ictimaiyyət və media üzvləri iştirak edib.
Tədbirin moderatoru Prezident Administrasiyasının əməkdaşı Humay Qasımova 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə həsr olunmuş “zefer.az” saytının təqdimat mərasimini başladıb.
Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Tədbirin gedişatında isə "zefer.az" saytına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova tədbirdə çıxış edib. O, çıxışında Zəfər salnaməsinin şanlı 44 gününün yaddaşlara həkk olunması, şanlı Zəfər tarixinin mühüm əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “zefer.az” saytının, bundan əvvəl isə şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün “memorial.az” saytının yaradıldığını bildirib. Çıxışının davamında isə Azərbaycan xalqının 30 ildir ki, hazırlaşdığı və 44 gün ərzində keçdiyi əzmli Zəfər yolunun virtual salnaməsi - “zefer.az” saytının ideya və məqsədlərindən danışıb: “Saytın loqosu 3 elementi özündə cəmləşdirir və onlar birləşərək xalqımızın 44 gündə keçdiyi Zəfər yolunu simvolizə edir”
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc tədbirdə qeyd edir:
“44 günlük savaş milli və siyasi təqvimimizin yeni, parlaq, möhtəşəm salnaməsidir. Azərbaycan xalqı təkcə 30 illik işğala son qoymayıb, həm də böyük zaman ölçüsündə - az qala 300 illik tarixində regional və beynəlxalq şərtləri ədalət və haqq mübarizəsi naminə məharətlə dəyişdirə bilib, əsrlərlə onun taleyini başqa meydanlarda müəyyən edən qüvvələrlə bir masada öz hərbi qələbəsini rəsmiləşdirə bilib. Ona görə də savaşda qazanılan qalibiyyət qədər heç bir “uğur hekayəsi” bir xalqı dünya xəritəsində qalıcı və güclü etmir. Yeni milli və siyasi kimliyi formalaşdırmaq üçün kollektiv yaddaşın formalaşdırılması, bu məqsədlə yüzlərlə platformaların və resursların yaradılması təkcə dövlət və hakimiyyət orqanlarından deyil, eləcə də bütün sosial-siyasi qruplardan, dini, etnik və mədəni fərqləri vahid ideal naminə kənara qoyub döyüşlərdə olduğu kimi eyni məqsəd naminə birləşməyi bacaran hər bir insandan konkret işlər görməyi tələb edir. Yüzlərlə ədəbi, bədii, elmi nümunələrin yaradılması, yaddaş kitablarının yazılması, ordumuzun qəhrəmanlığından bəhs edən gerçək tarixin daş salnamələrə köçürülməsi indiki və gələcək nəsillər qarşısında fövqəladə vəzifələr qoyur. "Zefer.az" informasiya platforması milyonlarla azərbaycanlının yaradıcı gücünü və enerjisini bir araya gətirmək, 44 günlük müqəddəs savaşın hər bir səhifəsini tarixin silinməz “hard disk”inə çevirmək üçün böyük fürsətlər açır”.
Daha sonra “azvision.az” saytının baş redaktorunun müavini Səbinə Həsənova "zefer.az" saytın təqdimatında qeyd edib ki, saytın ideyası və konsepsiyası, özü Prezident Administrasiyasına məxsusdur. Dizayn və proqramlaşdırma işləri “Webcoder” şirkəti, məzmun hissəsinin hazırlanması və sayta doldurulması isə “Azvizion” şirkəti tərəfindən həyata keçirilib. İlkin olaraq Azərbaycan dilində yaradılan saytın ingilis və rus dillərində də olması nəzərdə tutulur.
Xüsusi təyinatlı qüvvələrin kapitanı, Vətən müharibəsi qazisi Vasif Dilavərzadə müharibənin itkisiz, ağrısız, zəhmətsiz olmadığını vurğulayıb: “44 günlük döyüşlərdə xüsusilə fərqlənən xüsusi təyinatlılar bunun üçün illərlə böyük fədakarlıqlar göstərmiş, işinə, xidmətə məsuliyyətlə yanaşmış və vicdanla çalışmışlar. İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycan xalqının əzmini, ordumuzun döyüş qabiliyyətini gördü, vətənpərvər azərbaycanlıların milli birliyinin, öz Ali Baş Komandanını dəstəklədiyinin, onun ətrafında sıx birləşdiyinin şahidi oldu”.
Təqdimatın keçirilməsinə Heydər Əliyev Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi və Medianın İnkişafı Agentliyi dəstək verib.
44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir və bu tarixin istər indi, istərsə də gələcəkdə hər bir kəsə çatdırılmasında rolumuz olduğuna görə sevinc hiss duyur, komanda üzvlərimizi ürəkdən təbrik edirik!