6 DÜŞÜNCƏ ŞLYAPASI METODU (SİX THİNKİNG HATS)

6 Düşüncə Şlyapası Metodu (Six Thinking Hats), dünyanın ən yaradıcı insanlarından qəbul edilən Edward De Bono tərəfindən işlənmiş ən məhşur düşüncə sistemlərindən biridir. Yaradıcı və konseptual düşüncə sahəsində tanınmış şəxs olan Edward De Bono,  "Yaşadığımız texnologiya dövründə məlumat toplamaq artıq çətin deyil. Amma əhəmiyyətli olan əlimizdəki məlumatları necə topladığımız və faydalı etmək adına bu məlumatları necə istifadə etməyimizidir. '' deyir.

6 Düşüncə Şlyapası Metodu fərdlərin fərqli dünyagörüşləriylə düşünməsini təmin edərək, bir hadisəni birdən çox istiqamətdə görməmizi təmin edir. Eyni zamanda indiki vaxtda bir çox sektorda və təhsil sahəsində istifadə edilən bu metod təsirli bir qrup mübahisəsi üsuludur.

Edward De Bono bu düşünmə metodunu sistematik bir hala gətirərkən şlyapanı seçmişdir. Çünki şlyapa asan geyinilib çıxarıla bilən və geyimi tamamlayan bir aksesuardır. Şlyapalar ümumiyyətlə insanların sosial statusları və həyat tərzləri ilə bağlı məlumat verir. Şlyapa ilə düşüncə arasında əlaqə qurulur.

Düşüncənin əsas istiqamətləri müxtəlif altı rəngli şlyapa ilə işarələnir. Duyğu, məntiq, bilik, ümid və yaradıcılığa hər səfərində eyni anda fokuslanması yerinə ayrı-ayrı düşünə bilmə xüsusiyyətini təmin edərək, sistematik düşünüb doğru qərarlar verməsini məqsəd qoyar. İnsanlar fərqli baxışlara sahib olurlar. İştirakçıların düşüncə qabiliyyəti inkişaf edir. Lazımsız müzakirələr önlənər.

AĞ ŞLYAPA

Tərəfsiz və obyektivdir. Faktlar və sənədlərlə maraqlanar. Ağ şlyapanı taxan şəxslər; əlində olan məlumatları, ehtiyac olan məlumatları və bu məlumatları necə əldə edə biləcəyini təhlil edir. Onlar emosiyalardan uzaq olur və hisslərə qapanmır.

QARA ŞLYAPA

Qara şlapa – əsl tənqidçidir. Bu şlyapanı taxanlar hər şeyi qara rəngdə görməlidirlər. Hər zaman çatışmamazlıqlar axtarırlar, sözlərə və rəqəmlərə inanmırlar, zəif yerləri axtarırlar. Riskləri ortaya çıxarar və alınan qərarların nə səbəbdən işə yaramayacağını açıqlayar. Qara şlyapa bizi təhlükələrdən qoruyur, yalnız bu zaman həddi aşmamaq lazımdır.

QIRMIZI ŞLYAPA

Qırmızı duyğuları, hissləri, ehtirasları və həyəcanları ifadə edər. Qırmızı şlyapa taxanlar qorxu, hirs, nifrət, qısqanclıq kimi şüuraltında olan duyğularını açığa çıxardar. Qırmızı şlyapalı ''Mövzuyla əlaqədar duyğularım bunlardır. '' deyər. Bu şəkildə düşüncənin ən əhəmiyyətli hissələrindən olan duyğusal tərəfi plandan çıxarılır. Bundan əlavə, mövzuya duyğuların təsirini müəyyənləşdirər.

SARI ŞLYAPA

Sarı şlyapalı mövzuyla əlaqədar müsbətlik, üstünlüklər və faydalarla maraqlanar. Üstünlükləri və əldə ediləcək yaxşı nəticəni ortaya qoyar. Sarı şlyapanı taxdığımız zaman, təklifin dəyərini və faydasını təyin etmək üçün dərhal səy göstərməyə başlamış olarıq. Konkret qərarlar ortaya çıxarır. İdeyanın pozitiv tərəflərinə diqqət yetirməyi tələb edir. Qara şlyapanın əksidir.

YAŞIL ŞLYAPA

Məhsuldarlığın, enerjinin, böyümənin və yeni fikirlərin şlyapasıdır. Yaşıl şlyapa taxıldığında yaradıcı fikirlər ortaya qoyulub, müxtəlif təkliflər təqdim edilir. Yaşıl şlyapanı taxan şəxs alternativləri və bu alternativlərin reallığını araşdırır.

GÖY ŞLYAPA

Düşünmənin təşkili. Düşüncə haqqında düşüncələr. Göy şlyapa analitik və moderatordur. O digərlərindən fərqlənir, özü işləmir, digərlərinə rəhbərlik edir. Bu şlyapa fikir prosesini idarə edir. Hamını ortaq fikrə gətirib çıxarır. O, dirijora bənzəyir, fikirləri dinləyir, bəzən şlyapaları dəyişməyi məsləhət edir: “Sizin yanaşmanız düzgün deyil, qara şlyapanı çıxarın və yaşıl şlyapanı taxın”. Yaxşı bir müşahidəçidir. Müzakirə məlumatlarını müəyyən bir süzgəcdən keçirir və ən doğru qərarı verir.

Nümunə vermək lazım olsa, avtomobil almağa qərar verən bir adam altı düşüncə şlyapası metodunu bu şəkildə istifadə edər.

Ağ Şlyapa: sürüş 70 min km, il 1996. Qiymət 25.000 AZN

Qırmızı Şlyapa: Ayaqlarım yerdən kəsiləcək avtomobil sürməyi çox sevirəm.

Qara Şlyapa: Bəlkə avtomobilin kilometrajını azaldıblar. Köhnə avtomobildi, çox xərc edər.

Sarı Şlyapa: İşlərimi daha qısa müddətdə görərəm. Səhərlər bir az daha gec oyanaram.

Yaşıl Şlyapa: Avtomobilə bir az xərc qoyaram təmir etdirib 3 min daha baha sataram.

Göy Şlyapa: Bu avtomobili almasam yaxşıdı.

6 DÜŞÜNCƏ ŞLYAPASI METODU (SİX THİNKİNG HATS)