Domen haqda bilməli olduğunuz hər şey

Domen nədir?

 

Domen adı qısaca saytınızın internetdəki adı və ünvanıdır. Ünvan bölməsinə bir domen adını yazmaqla qarşınızda veb sayt açılır. Bu son texnologiyanın nəticəsində olur.  Bəs bu prosesin pərdə arxasında nələr baş verir? Bu bloqda domen adından və nə üçün lazım olduğundan bəhs edəcəyik.

 

Domen nəyə lazımdır?

Bir domen bir veb sayta daxil olmaq üçün mürəkkəb rəqəmlərdən ibarət İP adresi yerinə istifadə edilən, daha yadda qalıcı bir adı yazmağınıza imkan yaradır. 

Bu proses necə baş verir?

Veb saytınızın içində olan kontent (şəkil, məqalələr, videolar və s.) veb saytınızın bazasıdır. Bu fayllar dünyanın dörd bir yanında olan serverlərdə saxlanılır. Lakin bu serverlər saytınızı İP adresi vasitəsi ilə tanıyır. 

Bundan əlavə Domen adı sistemi (DNS) olaraq adlandırılan bir sistem var hansı ki, ip adresləri ilə domen adlarını əlaqələndirir.

Bütün domenlər - domen adı və üst domendən ibarət olur. Hər yerdə qarşımıza çıxan, .com, .org, .co, .net və s. ən populyar üst domen adlarıdır. Bunlardan əlavə də üst domen adları mövcuddur. Hansı üst domeni seçməyiniz sizin saytınızın tipindən asılıdır. Gəlin birlikdə bu üst domenlərin açıqlamasına baxaq. 

 

.com – “commercial”  sözündən götürülüb, ticarət mənasında istifadə edilir.

.net – “Network” sözündən götürülüb, daha çox İT sahəsində olan şəxslər və ya şirkətlər tərəfindən üstünlük verilir.

.org – Təşkilatlar, dərnək kimi qurumlar üçün istifadə edilir. 

.edu – təhsil sahəsində istifadə edilir.

.gov – dövlət qurumları üçün istifadə edilir. 

.mil – hərbi sahədə istifadə edilir.

Domen haqda bilməli olduğunuz hər şey