MARKA MÖVQELƏNDİRMƏ

Dünya tək bir bazar halına gələrkən istehlakçı minlərlə məhsul və ünsiyyət atəşi içərisində qərarsız bir hala gəldi. Seçimlərin bu qədər çox və fərqli olması, gərək milli gərəksə də beynəlxalq markaları fərqli strategiyalar izləmələri yolunda hərəkətə keçirdi. Nəticədə isə Al Ries və Jack Trout tərəfindən ortaya atılan mövqeləndirmə nəzəriyyəsi ortaya çıxdı.

İnsan beyninin iş prinsipləri üzərində qurulan bir yanaşma olan mövqeləndirmə strategiyası, olduqca qarmaşıq ünsiyyət içərisindəki beynin bütün bunlardan sıyrılaraq tək bir nöqtəyə fokslanması məqsədi daşıyır. Satdığınız məhsulun bir çox xüsusiyyəti və şəxsiyyəti ola bilər. Ancaq çox təəssüf ki indiki vaxtda məhsulunuzun bütün xüsusiyyətlərini qəbul edəcək qədər beyinlərdə yer almaq olduqca qeyri-mümkündür. Məsələn bir yuyucu tozunun bir çox faydası vardır amma illərdir Ariel ləkə çıxarma, Omo isə ağardıcı mesajı verir. Bu onların mövqeyidir, digər xüsusiyyətlərinin olmaması mənasına gəlmir. Yaxşı, rəqabətin və ünsiyyətin olduqca sıx yaşandığı bu qlobal bazarda istehlakçının zehninə girmənin ən asan yolu nədir? İnsanların şüurunda bənzərsiz bir mövqe necə yaradılır?

Bir marka bir şeyi sahibləndiyində onu istehlakçının beynindən çıxarmaq çox çətindir. Bu səbəbdən rəqibləri onu birə-bir yamsılasa belə doğru möqveləndirmə strategiyası ilə bu bir təhdid olmaz. Brendlər dünyası ümumiyyətlə birinci və ikincilərin dünyasıdır. Bazara ilk girən markalar məhsul xüsusiyyətini sahiblənən bir üstünlük qazanır. ABC ünsiyyətini illərdir dəyişdirməsinə baxmayaraq qiymət fərqi deyiləndə hələ də ağla ilk gələn yuyucu tozudur. Bu kimi markalar məhsul xüsusiyyətlərini sahiblənmiş, başqa xüsusiyyətləri olsa da həmişə eyni nöqtəyə fokuslanarak beyinlərə həkk olunmuşdur.

Bazara ilk və ya ikinci girənlərdən deyilsinizsə, marka üçün aşağıdakı bir neçə mövqeləndirməyə nəzər salın.

*Məhsulunuzun xüsusiyyəti ilə mövqelənidirmə: Əsas olaraq məhsulun xüsusiyyətlərinə fokuslanır. Bunlar müxtəlif xüsusiyyətlər ola bilər. Dözümlülük, iqtisadi fayda, təhlükəsizlik və s.

*Qiymət / Keyfiyyət ilə mövqeləndirmə: Keyfiyyət anlayışında qiymət ön plandadır. Walmart, Absolut, Gucci kimi markaları bu mövqeləndirmə içərisində saya bilərik.

*İstifadə ilə mövqeləndirmə: Məhsulun xüsusi bir istifadə və tətbiqi vurğulanaraq rəqiblərdən fərqliləşdirilir  və mövqeləndirilir. Miller, Guiness, Budweiser, Nescafe

*İstifadəçi ilə mövqeləndirmə: Diesel, Chivas Regal, Apple

*Rəqiblər ilə mövqeləndirmə: Rəqibi əsas alıb başqa bir mövqeləndirmə çıxarmağa və ya rəqibə qarşı əksinə mövqeləndirmə meydana gətirilir. Avis, Atlasjet

*Mədəniyyət simvolları ila mövqeləndirmə: Cəmiyyətdə yer almış mədəniyyət simvollarından istifadə edilir. Castrol, Vodacom.

Müvəffəqiyyətli bir marka mövqeyi üçün edilməsi lazım olanlar:

- Rəqiblərin təyin olunması

- Rəqiblərin necə qəbul edildiyi və qiymətləndirildiyi

- Rəqiblərin mövqelərinin təyin olunması tanınması

- İstehlakçı analizi

- Mövqe seçimi

- Mövqenin test edilməsi

Xülasə, istehlakçının şüurunda nə qədər fərqli və xüsusi bir yer tutsanız markanızı da bir addım önə aparmağınız o qədər asan olacaq. Unutmayın zehinlərdə yer almaq olduqca uzun müddət gedəcək bir strategiyadır.

MARKA MÖVQELƏNDİRMƏ