İNSAN MƏRKƏZLİ DÜŞÜN YA DA YOX OL

Dəyişən dünya, həyat formaları və istifadə vərdişləri davamlı yeni marketinq strategiyaların inkişaf etdirilməsinə səbəb olmaqdadır. Marketinqin inkişaf dövrlərini belə ələ alsaq istehsal dövrü, satış dövrü, marketinq dövrü, marka dövrü, istehlakçı dövrü, gələcək dövrü, qloballaşma dövrü kimi ayrı-ayrı dövrlərdən meydana gəldiyi görülməkdədir.

Məhsul mərkəzli bir satış anlayışının hakim olduğu Marketinq 1.0 dövrü istehsal etmək və istehsal edilən hər şeyin bitəcəyi bir düşüncəyə əsaslanırdı. Ən yaxşı nümunələrini isə 1920-ci illərin başında Henry Ford ilə istehsalatın həyata geçirilməsi ilə ortaya ardıcıl istehsal anlayışı çıxdı. Ancaq texnologiyanın sürətli yayılmağa başlaması ilə artıq istehlakçının dəyişən istək və seçimləri ''müştəri yönümlü marketinq'' anlayışını yəni 2.0 ortaya çıxardı. İnternetin təmin etdiyi imkanlar gün keçdikcə şəkil dəyişdirmiş, web 1.0'dan web 2.0a geçişlə birlikdə "sosial şəbəkə" dediyimiz interaktiv mühit, internet dünyasındakı yerini almışdır. Məsələn; 2010-ci il etibarilə dünyada istifadəçi sayı  500 milyonu geçən Facebook, texniki baxımdan ən müvəffəqiyyətli web 2.0 tətbiqi olaraq ifadə edilir.

Yeni dövrün marketinq yanaşması isə Marketinq 3.0 dövrü, yəni ''insan mərkəzli'' bir yanaşmanı ifadə edən dövrdür. Marketinq 3.0 əslində insanların həm zehninə həm ürəyinə xitab edən bir keçid dövrü olaraq təyin olunur. Bu dövrün ən əhəmiyyətli xüsusiyyəti isə istehlakçıların iştirakçı və eyni zamanda izahatçı olaraq qarşımızda yer almalarıdır.

İstehlakçıları ilə bir hekayə paylaşan və onları bu hekayənin izahatçısı vəziyyətinə gətirən, məqsədinə uyğun idarə edilən və eyni zamanda qiymətli məzmun mübadiləsi təqdim edən P & G firmasının Pampers markası üçün meydana gətirdiyi Welcome to Parenthood (Valideynliyə Xoşgəldiniz) müvəffəqiyyətli bir '' insan mərkəzli '' 3.0 kompaniyasının necə edilməsi və necə idarə olunması lazım olduğunu göstərən gözəl nümunələrdən biridir.

Procter & Gamblenin Pampers müəssisəsi, yeni ana-ata olmuş insanları, körpə bezləri, tualet ədəbi, gecə və gündüz yuxusu və s. işlər haqqında danışarkən göstərən Welcome to Parenthood (Valideynliyə Xoşgəldiniz) adlı bir serial başlatdı. Serialın 14 bölümü Pampers.com və markanın Facebook səhifəsində nəşr olundu. P & G körpə bezlərinin reklamını etməkdənsə valideyinliklə əlaqədar tövsiyələri paylaşır və valideynliyin ilk illərində ana və atalara köməkçi oldu.

Pampersin veb saytında, məhsullarından bəhs etmək yerinə yeni uşaq sahibi olan ailələrin ehtiyac duyacaqları körpə baxımı, körpə əşyaları, uşaq yetişdirmə kimi ailələrin məlumat sahibi olmasını təmin edən keyfiyyətli mövzular dərc edildi.

Pampers, Twitter səhifəsində məhsulun nə qədər yaxşı olduğundan bəhs etmir, bunun yerinə istifadəçi təcrübələrini, ailələrin uşaqları ilə geçirdikləri şən vaxtları paylaşdı. Nəticəsində isə markaya geri dönüşlər belə oldu;

*Seriallar ilk üç ay içində 20 milyondan çox izləndi.

*Markaya qarşı müsbət fikirlər 15% nisbətində artdı.

*Almaq niyyəti 10 % nisbətində artdı.

*Analar bloglarında serialdan bəhs etdi və istifadəçilərin yaratdıqları məzmunlar markaya dəyər qatdı.

İNSAN MƏRKƏZLİ DÜŞÜN YA DA YOX OL