IP nədir ?

İP nedir - İP anlayışı internetdən istifadə edən hər kəsin  haradasa eşitdiyi bir anlayışdır. Bir növ kimlik içini görən bu texnologiya bilinən əskinə daha çox iş görür. İnternet Protokolu, ingiliscə və orijinal adı Internet Protocol-dur. İnternet üzərində gerçəkləşən bütün proseslərə imza kimi rol oynayır. Bu adresi barmaq izinə bənzədə bilərik. Belə ki, barmaq izi hər insanda özünə məxsusdur və heç kimdə onun eynisi yoxdur. Bir virtual cihazın digər virtual cihazla internet üzərindən birləşməsi yalnız bu adres vasitəsi ilə mümkündür. Burdan belə bir nəticəyə gəlmək olar ki, İP adresi bizi yalnız izləmir, həm də internet üzərindən etdiyimiz bütün əməliyyatların reallaşmasında baş rol oynayır. İnternetdə hərəkət etmədə bir nömrəli rol oynayan bu texnologiyanı yaxından tanımaqda fayda var;

 

İP nedir və İP sorğulama nədir?

 

Istifadəçilər öz cihazlarının İP adresini asanlıqla sorğulayıb öyrənə bilərlər. Kompüterlər də bir-birinin İP adresini tanıdıqdan sonra bağlantı qururlar. Eyni şəkildə hər internetə girdikdə İP adresi istifadəçiyə aid ən vacib məlumat olur. Bəs İP adresini sorğulamaq nə dərəcədə önəmlidir? İnternetə hansı məkandan bağlandığınızı öyrənməyin tək yolu İP adresini sorğulama cihazın içərisindən yoxlandığı kimi həm də axtarış sistemlərində mümkündür. Axtarış bölməsi “İP sorğulama” yazdığınız zaman cihazınızın İP adresini görə biləcəksiniz. İP adresi deyilən nömrə 4 ədəd 8 bitlik rəqəmlərdən ibarət olur, yəni cəmi 32 bitlik sayıdan. Bir-birindən nöqtələr vasitəsi ilə ayrılan bu rəqəmlər maksimum 3 rəqəmdən ibarət olur. İp adresi sayı olaraq 254-dən böyük olmur. Bu nömrələmə sisteminə səkkizli deyilir. Oxumağı asan olsun deyə bu sayılar desimal olaraq yazılır. Əgər texnoloji yeniliklər haqqında daha ətraflı öyrənmək istəyirsinizsə, bunun üçün Domen haqqinda məqaləmizə nəzər sala bilərsiniz.

 

İP adresi hansı hissələrdən ibarətdir?

 

İP adresi iki təməl hissədən ibarətdir. İlk hissə  network ID olaraq da adlandırılan cihazin hansı şəbəkəyə bağlı olduğunu bildirir. İkinci hissə isə “host İD” deyilən, cihazın harada olduğunu İP adresindən başa düşülməsinə yardım edən hissədir. Host İD son 3 rəqəm, qalan rəqəmləri isə network ID olaraq adlandırılır. 

 

Statik və Dinamik İP nedir?

 

Adından bəlli olduğu kimi Statik və ya dinamik nömrələr qalıcılığına görə  bu adları alıblar. Statik İP adresi heç zaman dəyişməyib sabit qalarkən dinamik İP adresində tam əksi baş verir. Dinamik İP adresi hər internetə daxil olduğunuzda öz formasını dəyişir. 

 

İP adresinin hansı versiyaları vardır? 

 

İP nedir mövzusunda diqqət edilməli bir digər amil isə protolo versiyalarıdır. İPv4 və İPv6 ən populyar protokollardır sayılır. Bu iki fərqli protokolun özəllikləri bunlardır:

 

İPv4 – 32 bitdən  ibarətdir. 4 bölümlü olduğu üçün İPv4 adlanır. (abc.abc.abc.abc) Hal-hazırda istifadəsi getdikcə azalır və yerini İPv6-ya verir. Səbəb isə kompüter və internetdən istifadənin günü-gündən çoxalması və hər bir cihaza özəl İP adresinin ayrıla bilməməsidir. 

 

İPv6 – 128 bitdən ibarət olub, son dərəcə uzun İP adresidir. Bu İPv6 daha təhlükəsizdir. Bu sistem sayəsində dünya əhalisinin hamısına çatacaq qədər İP adresi yaratmaq mümkündür.

IP nədir ?