Web sayt nədir?

Web sayt nədir? Hər hansı bir müəssəsinin kimliyinin əks etdirilməsi və təqdimat fəaliyyətlərinin reallaşması məqsədi ilə milli və beynəlxalq şəbəkə mühitində nəşr olunan online sistemlərə web sayt (və ya veb səhifəsi) deyilir. Web sayt , internet üçün nəzərdə tutulmuş, ən azı bir hiperkeçidə malik olan, xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb sayt yalnız internet üzərində işləyən bir servisdir. Hər bir sayt ən azı bir serverdə yerləşdirilmiş faylların bir-biri ilə əlaqələndirilməsindən yaradılmış bir qovluqdur. Saytlara internet şəbəkəsi vasitəsilə baxmaq imkanı yaradılır və beləliklə informasiya yayımı qat-qat asanlaşdırılmış olur.

 

Dinamiklik və interaktivlik artırıldıqca saytlar virtual ofis, media mərkəz, onlayn mağaza kimi bir çox funksiyaları özündə cəmləməyə başladı. Müasir həyatımızda demək olar ki, nə qədər biznes növü varsa o qədər də sayt var. İndi təkcə hər bir şirkət deyil, hər kəs özünün personal saytının (blog) olmasına çalışır. Saytlar informasiya mübadiləsində yeni, eyni zamanda əvəz olunmaz texnologiyaya çevrilmişdir. Çünki sayt üçün şirkət və ya insandan fərqli olaraq istirahət etmək lazım deyil. Saytları internet üzərindən həftənin 7 günü 24 saat fasiləsiz olaraq ziyarət etmək mümkündür. Eyni zamanda mağaza, ofis, satıcı və katibə kimi saymaqla bitməyən bir çox funksiyaları yerinə yetirərkən bir dəfə düzgün hazırlanmış iş sayəsində illərlə səhvsiz çalışma bacarığı vardır. Web sayt nədir? sualı daha çox onlayn dünya ilə yeni tanış olan şəxslərin internetdə axtarış etdiyi mövzulardandır.

 

Bütün bu üstünlüklərə baxmayaraq hazırlanması və işlədilməsi qat-qat az maliyyə dəstəyi tələb edir ki, bu da saytları hər kəs üçün əlçatan bir alətə çevirir. Bundan əlavə veb sayt ən səmərəli və asan reklam növüdür. Sayt sizin şirkətinizin və ya biznesinizin bütün dünyaya çıxışını təmin edir. Web sayt sizin həm peşəkarlığınızın həmdə biznesinizin göstəricisidir.

 

Web saytların növləri

 

Veb səhifələr 2 cür olurlar:   

 

  • Statik

 

  • Dinamik

 

*Statik veb səhifələr "təmiz" HTML teqlərindən ibarət olurlar.

 

*Dinamik veb səhifələrdə aktiv kodlardan istifadə edilir: RNR, ASR, SSI... və s.

 

Statik Veb səhifələrdə səhifə brauzerə göndərilməzdən öncə göstərilən tarix hər dəfə veb master tərəfindən dəyişdirilirsə, dinamik veb səhifələrdə tarix veb serverdə avtomatik dəyişilir. Web sayt nədir? mövzusunda diqqət edilməli olan bir digər amil isə, veb saytın bütün səhifələri ümumi struktura və quruluşa malik olmalıdırlar.

 

Veb səhifəyə daxil olan əsas elementlər:

 

*Səhifənin başlığı (banner);

 

*Naviqasiya elementləri (menyu) – bir səhifədən digərinə keçmək üçün istifadə olunur;

 

*Qrafik təsvirlər;

 

*Mətn blokları.

 

Veb sayt– HTTP/HTTPS protokolları vasitəsilə İnternetdə müraciət etmək mümkün olan, eyni mövzulu veb səhifələrin yığımıdır. Veb saytların ümumi yığımı Ümumdünya hörümçək torunu (World Wide Web ----www.) yaradır.

 

 Veb saytların səhifələri ümumi domen ünvan altında birləşmiş olurlar və eyni məntiqi struktura malikdirlər. Veb sayt anlayışı hostinq, server, provayder, domen, şəbəkə və s. anlayışlarla sıx bağlıdır. İnternet texnologiyaları inkişaf etdikcə bir serverdə (kompüterdə) çoxlu sayda domen və veb saytlar yerləşdirmək mümkündür.

 

Ümumdünya hörümçək toru virtual aləmdə hörümçək şəbəkələri kimi bir-biri ilə əlaqəli səhifələrdən, İnternet üzərində işləyən və "www" ilə başlayan ünvanlardakı səhifələrin göstərilməsini təmin edən servisdir.

 

Web sayt nədir? Dünyada ilk veb sayt 6 avqust 1991-ci ildə Tim Barners-Li (Tim Burners-Lee) tərəfindən yaradılmışdır. Həmin saytda o, World Wide Web (WWW) yeni texnologiyası haqqında ümumi anlayış verərək, URL ünvanlaşma sistemi və HTML dili haqqında danışır. Həmin saytda veb serverlərin və veb brauzerlərin qurulması və işi ilə bağlı da informasiya verilirdi. Həmin sayt dünyada ilk İnternet-kataloqdur. Belə ki, Tim Barners-Li burada digər saytlara keçidlərin siyahısını da göstərdi.

 

Tim Barners-Li hesab edirdi ki, hipermətnlərdən istifadə etməklə şəbəkələrdə informasiya mübadiləsini çox sürətlə və effektiv aparmaq mümkündür. Bu ideyanı həyata keçirmək üçün o, hələ 1980-cı ildə Enquire proqram təminatını yaratdı. 1991-ci ildə CERN-də WWW standartı təsdiq olundu. Tim Barners-Li veb-texnologiyasının – HTTP, URI/URL və HTML atası hesab edilir.

 

Veb səhifələr üçün proqramlaşdırma dilləri

 

*HTML (HiperText Markup Language) çox tanınmış, sadə bir dil olmaqla, mətnin formatlaşdırılması, şəkillərin əlavə olunması, şiriftlərin və rənglərin verilməsi, istinadların və cədvəllərin tərtib olunması kimi elementar əmrlərə malikdir. Çox WEB- səhifələr HTML- də və onun genişləndirilmiş variantlarında yazılmışdır.

 

*PERL dili 1980-cı illərdə işlənib hazırlandı. O, böyük mətn fayllarının effektiv emal olunması, mətn hesabatlarının generasiya olunması və məsələlərin idarə olunması vasitəsi kimi yaradılmışdı. Onun sətrlərlə, massivlərlə işləmək funksiyaları, verilənlərin çevrilməsi vasitələri, sistem informasiya ilə işləmək imkanları da çox genişdir.

 

*PHP- dinamik veb səhifələr yaratmaq üçün nəzərdə tutulmuş bir skriptləşdirmə dilidir. 1994-cü ildə Rasmus Lerdorf CGI alətlərini yazmağa başladı və daha sonra 1995-ci ildə onları mükəmməlləşdirərək PHP dilini ortaya çıxartdı. Əksər hallarda PHP, Linux əməliyyat sistemi, MySQL məlumatlar bazası və Apache veb serveri qısa olaraq LAMP kimi (Linux, Apache, MySQL, PHP) yazılır. Web sayt nədir? və veb saytla bağlı daha bir çox mövzuda ətraflı məlumatı WebCoder.az saytında tapa bilərsiniz.

 

Keyfiyyətli bir veb saytda mütləq olmalı olan bir neçə amili nəzərdən keçirək.

 

1) Təmiz və Peşəkar Dizayn

 


Veb saytınız sizinlə müştəriləriniz arasında ünsiyyət vasitəsidir. İstifadəçilər veb saytınız vasitəsilə sizin və ya müəssisıniz barəsində ilk təəssüratlarını alırlar. Saytınız maraqlı bir şəkildə tərtib edilərsə, qarşı tərəfdə peşəkarlıq hissi yarada bilərsiniz. Əks halda, saytınızın dizaynı pis olarsa (narahatlıq verən rənglər, keyfiyyətsiz görüntü və s.) bundan iş kimliyiniz də zərər çəkəcək. Dizayn hissəsində diqqət çəkəcəyiniz ilk şey, ardıcıl və sadə dizaynlardan istifadə etmənizdir. Qarışıq və göz yoran dizaynlar həm istifadəçini çaşdıracaq, həm də saytınızın axtarış həcminin azalmasına səbəb olacaq. Sadə, lakin təəccüblü rənglər seçərək xoş bir rəng sxemi yarada bilərsiniz. Webcoder.az saytında yerləşdirilən Web sayt nədir? blogumuzu oxuyaraq saytınız üçün ən vacib amillər barəsində məlumat əldə edə bilərsiniz.

 

2) Mobil Cihazlara Uyğunluq

 


Bilməlisiniz ki, müasir dövrdə mobil cihazlara uyğun olmayan bir saytla rastlaşmaq çox çətindir. Mobil veb saytların üstünlük təşkil etdiyi rəqəmsal dünyada, mobil cihazlara uyğunlaşa bilməyən saytlar həm müştəri itkisinə, həm də məğlubiyyətə səbəb olacaq. Mobil uyğunluğu olmayan saytlar yalnız müştəriləriniz üçün deyil, həm də axtarış sistemləri üçün mənfi olaraq qəbul edilir. Mobil cihazlarla uyğun bir veb saytın asanlıqla axtarış sistemləri tərəfindən indeksləndiyini də qeyd etmək lazımdır. Kim heç bir cihazda əla görünən mükəmməl bir veb saytına sahib olmaq istəməz ki?

 

 

3) İstifadəçi Yönümlü Olmaq və Məntiqi Ardıcıllıq

 


İnternetdən və veb saytınızdan istifadə edənlərin potensial müştəriləriniz və ya istifadəçiləriniz olduğunu nəzərə alsaq, veb saytınızın istifadəçi yönümlü olması danılmaz bir həqiqətdir. Yalnız müştəriləriniz və ya istifadəçiləriniz üçün deyil, həm də saytınızı asanlıqla idarə etməyiniz üçün istifadəçi yönümlü və məntiqi olaraq hazırlanmış bir sayta sahib olmalısınız.
Qısacası saytda gəzmək və saytdan istifadə etmək son dərəcə asan olmalıdır. Web sayt nədir? mövzusunda diqqət edilməli bir digər amil isə veb saytınızın kənar təhlükələrə qarşı təhlükəsiz olmasıdır. Müvafiq məlumatları əldə etmək və ya müvafiq səhifələrdə gəzmək üçün sadə əməliyyatlar aparılmalıdır. Saytda naviqasiya intuitiv olmalıdır. Sayt məlumatlarının saytda asanlıqla görünməsini təmin etmək üçün diqqətli olmaq lazımdır. Saytınızda istifadəçinin hal-hazırda hansı səhifədə olduğu, hansı xidmət və ya məhsulları incələdiyi və qarşı tərəfin sizinlə necə əlaqə quracağınız aydın olmalıdır.

 

 

4) Veb Saytınızın Sürəti


Virtual dünyada bir xidmət almaq istədiyiniz zaman, bu xidmətə ən qısa zamanda çatmağı hədəfləyirsiniz. Bu, veb saytınızı ziyarət edən insanlara da aiddir. Saytın ən qısa zamanda açılması istifadəçilərin xidmətə və ya məhsula eyni sürətlə çatması deməkdir. İstifadəçilər məhsul səhifəsinə və ya xidmət səhifəsinə daxil olmaqda çətinlik çəkirlərsə və uzun müddət gözləmələri lazımdırsa bu zaman tezliklə o saytı tərk edəcəklər. Saytınızın açılma sürəti və ya səhifələr arasındakı açılış sürəti mümkün olan minimum vaxta endirilməlidir. Daha sürətli veb saytlar üçün CDN Xidmətindən istifadə edə bilərsiniz.

 

 

5) Aktual Qalmaq

 


Veb saytınızın köhnə bir kodlaşdırma infrastrukturu varsa, inkişafdan uzaq qalırsınız. İnkişafdan uzaq olmaq müştərilərdən və istifadəçilərdən uzaqlaşmaq deməkdir. HTML5 və CSS3 kimi texnologiyalardan istifadə edilərək hazırlanan veb saytlar üçün daha çox optimizasiya işləri görülməli və yeniliklər izlənilməlidir. Web sayt nədir? mövzusuna diqqət yetirərək  və mövcud texnologiya elementlərini izləyərək veb saytınızı buna uyğun olaraq yenidən dizayn edə və redaktə edə bilərsiniz.

Web sayt nədir?