Veb-sayt

Veb sayt

Veb sayt sadə dillə desək müasir dövrün ən təsirli ünsiyyət vasitəsidir. İstifadə olunduğu sahələrə görə fərqlənən saytlar; radio, televiziya, jurnal, qəzet və s. ünsiyyət vasitəsinə alternativ olaraq istifadə edilə bilər. Saytlar ilə yalnız olduğunuz ölkədən deyil, həm də bütün dünyadan məlumat ala bilərsiniz. Saytların ən yaxşı tərəfi odur ki, istədiyiniz mövzuya, istənilən yerdən, istənilən vaxt daxil ola bilərsiniz. Əlavə olaraq, xərc baxımından İnternetə alternativ olaraq istifadə olunan ünsiyyət vasitələrindən daha rahatdır.

 

Veb sayt ilə ya şirkətinizi tanıtmaq olar, ya da özünüz haqqında təqdim etmək istədiyiniz məlumatları bütün dünyaya çatdırmaq olar. Başqa sözlə, saytınız internet dünyasında şirkətinizin və sizin kimliyiniz olacaq. Brendləşmə və brend yaratma anlayışı şirkətlər üçün xüsusilə vacibdir. Çünki internet istifadəçiləri saytınıza daxil olduqda məhsul məlumatlarınızı, xidmətlərinizi, kampaniyalarınızı və şirkətiniz haqqında bir çox digər məlumatları əldə edə biləcəklər. Bu səbəbdən saytlar, müəssisələrin dünyaya açılan pəncərələridir. Bəs saytlar necə olmalıdır? Bu sualın cavabı olduqca ətraflıdır. Çünki veb saytlar, hər bir qurumun əldə etmək istədiyi hədəf auditoriyaya və şirkətin baxışına görə fərqlənir.

Bir saytda olması mütləq olan amillər

  • Hər şeydən əvvəl, saytın domen adı saytın məzmunu ilə əlaqəli olmalı və müəssisəyə yaxşı bir şəkildə təsir etməlidir.

 

  • Saytdakı bütün məzmun fərqli bir saytdan götürülməməlidir, yəni orijinal olmalıdır.

 

  • Veb sayt dizaynında istifadə olunan logolar, qrafiklər, mətn və arxa planda istifadə olunan bütün rənglər bir-biri ilə uyğun olmalıdır.

 

  • Saytda istifadə olunan menyular elə olmalıdır ki, internet istifadəçiləri axtardıqlarını asanlıqla tapa bilsinlər.

 

  • Veb saytınızın bütün brauzerlərdə düzgün işlədiyinə əmin olmalısınız.

 

  • Saytın məzmunu haqqında məlumat verən meta etiketlər və linklər axtarış sistemlərinə uyğun olaraq dizayn edilməlidir. Bu mövzu haqqında məlumat əldə etmək üçün SEO xidmeti adlı bloq yazımıza nəzər sala bilərsiniz.

 

  • Saytınız bütün axtarış sistemlərində qeydiyyatdan keçməlidir. Əks halda çox keyfiyyətli formada hazırlanan saytların belə heç bir mənası olmayacaq.

 

  • Sizinlə əlaqə saxlamaq istəyən istifadəçilər üçün əlaqə məlumatlarınız saytda düzgün olmalıdır.

 

  • Saytın əsas şərtlərindən biri sayt sürətidir və buna diqqət yetirilməlidir.

Veb saytda necə müvəffəqiyyət qazanmaq olar?

  • Sayt dizaynı yaxşı hazırlanmalı və son tendensiyalar nəzərə alınmalıdır.

 

  • Kifayət qədər orijinal məlumat vermək və onu əyani şəkildə dəstəkləmək istəyən internet istifadəçilərinin nəzərə alındığı bir sayt olmalıdır.

 

  • Sayta daxil olan şəxslərin təhlil edildiyi və bu analizin nəticələrinə görə daim yenilənən bir sayt olmalıdır.

 

  • Səhifə yükləmə sürəti yüksək olmalıdır.

 

  • Veb sayt yaxşı tanıdılmalı və səmərəli istifadə olunmalıdır. Marketinq işinin yaxşı aparılması üçün bir sıra proqramlardan istifadə olunmalıdır.

 

Əgər siz də peşəkar bir sayt sahibi olmaq istəyirsinizsə, bunun üçün WebCoder şirkətinə müraciət edə bilərsiniz.

Veb-sayt