YENİ NƏSİL MARKETİNQ OMNİ-CHANNEL

Önümüzdəki dövrdə marketinq anlayışını nəzərə alsaq, təşkilatı işlərin müştərilərə qüsursuz bir xidmət verməsi üçün, inkişaf edən və texnologiyaya lazımi investisiyalar qoyan markaların qazanacağı bir il olacaq. Xüsusilə e-ticarət sahəsində uğurlarını qısa zamanda göstərəcək olan ''Omni-Channel'' gərək fiziki gərək də rəqəmsal mühitdə əhəmiyyətini hər keçən gün artırır.

Artıq müştərilər markaların təqdim etdiyi məhsul və ya xidmətləri telefonla axtararaq, tətbiqi proqramlarını yükləyərək, planşet və ya PC üzərindən fərqli kanallardan marka ilə tanış olaraq alver təcrübəsi yaşamaq istəyir. Bu ehtiyacdan ortaya çıxan Omni-Channel anlayışı, markaların gələcək illərdə marketinq strategiyaları arasında əhəmiyyətli bir yer alacağı kimi görsənir.

Multi-Channel marketinq İstehlakçını hər hansı bir kanalda tutmağı hədəfləyəkən, yeni trend Omni-Channel marketinq isə markaların müştərilərinə həm fiziki həm də rəqəmsal kanallarının hamısında bütöv bir təcrübə imkanı təqdim edir. Müştəri bir kanalda əməliyyatın tam ortasında bir problemlə qarşılaşdıqda, başqa bir kanaldan problemi həll edib prosesə davam etmək üçün ən başa dönmək məcburiyyətində qalırdı. Omni-Channel anlayışı ilə fərqli kanallar bir-birlərinə bir bütün və kəsintisiz olaraq birləşdirildi. Beləcə müştərinin bir kanaldan başladığı alverə başqa bir kanaldan davam etməsinə imkan tanındı.

Məhsul araşdırmasını və qiymət müqayisəsini fiziki mağazada edib, alverini rəqəmsal kanalda sonlandıran istehlakçılara, hər kanalda eyni təcrübəni yaşatmağı bacaran markalar, hər zaman seçilən və sevilən markalar olmağa davam edəcək.

YENİ NƏSİL MARKETİNQ OMNİ-CHANNEL