SOSİAL ŞƏBƏKƏ HARAYA GEDİR?

Artıq sosiallaşmaq sosial şəbəkədən keçir. Bu hal-hazırda aşikardır. Hara getsəm bir fotoşəkil paylaşımı etmədən dayana bilmirəm, bilmirik.
Bu ya insanın var olduğunu isbat üçün etdiyi bir hərəkətdir, ya da başqa hər nə məqsəd ilə olursa olsun həqiqətin özüdür.
Bu gün isə sosial şəbəkələrdə itkinlərin yaşandığı bir dövrdəyik. Belə ki facebook və twitterin geniş istifadəsi foursquare, xüsusilə İnstagram və Pinterestə doğru axmağa başladı.
Facebooku sosial şəbəkənin böyük qardaşı olaraq elan etsək, digər fotoşəkil və yazı paylaşımı edilən şəbəkələrin isə böyüməyə başlayan kiçik qardaşlar olaraq görə bilərik.
Pinterestə başqa bir dinamika var.Həm facebook, həm də youtuba meydan oxuyur.
Onsuz da normal deyil? Bu baş döndürücü ünsiyyət mühitində insanlar hər şeydən tez sıxılmır mı?
Bu müddətdə də insanlar, sosial şəbəkəni rəqəmsal alətlərlə istifadə etməyi öyrəndi. İndi isə harada daha gözəl və həyəcanlı bir aplikasiya olsa orada olacaq.
WeChat, tango və s. programlar da dərhal gəlməyə başladı. Bunlar səs göndərmək və chat xüsusiyyətləriylə yenə anlıq olaraq tanımadığınız insanlarla paylaşımlar edə bilmə xüsusiyyətlərini təqdim edir. Sosial şəbəkə çox qardaşlı bir ictimai sistem halını almağa başladığı kimi. 
Əvvəllər facebookda hər şeyi bəyənirdik. İndi isə onlardan xilas olmağa çalışırıq. Çünki hər bəyəndiyimiz səhifənin bizə nələrisə izah etmək kimi səyi olduğuna görə, nə qədər səhifə bəyənsək o qədər də ünsiyyət bombardmanı altında qalırıq. Hələ bir yoldaşınızın qrup quraraq sizi üzv etməsi və paylaşımlara məruz qoyması heç ürəkaçan deyil. Buna görə artıq bəyən düyməsini bir az daha düşünərək klikləməyə başladıq. Bu da həm reklam verənləri həm də rəqəmsal agentlikləri gözləyən başqa bir inkişafdır.

SOSİAL ŞƏBƏKƏ HARAYA GEDİR?