İnfluencer marketinqi

Müasir dövrdə influencer marketinqi digər marketinq kanalları arasında markanızın daha çox tanınmasına və satışlarınızın daha sürətlə artmasına imkan verən vasitədir. İnfluencer marketinqi termininin insanlar tərəfindən  yeni istifadə edilməsinə baxmayaraq bu marketinq növü daha əvvəllər də istifadə edilmişdir.

İlk dəfə 18-ci əsrdə Wedgewood adlı bir şəxs istehsal etdiyi dərmanları tanıtmaq və  satmaq üçün Böyük Britaniya kralının təbliğatından istifadə etmişdir. İrəliləyən dövrlərdə isə bizneslər çap reklamları, radio və televiziya vasitəsi ilə məhsullarını izləyicilərə təqdim edirdilər. Sosial media kanallarının istifadə edilməsi ilə artıq izləyici kütləsinin üstünlük təşkil etdiyi ünvan dəyişdi. İnsanların sosial mediada  daha çox vaxt keçirməsi səbəbindən rəqəmsal marketinq xidmətləri vacib xarakter aldı.

Influencer marketinqi sosial şəbəkələrdə böyük izləyici kütləsi olan instaqram istifadəçiləri ilə əməkdaşlıq edən marketinq strategiyasıdır. İnfluencer marketinqi nə üçün uğurludur?

 Çünki influencerlar onlara etibar edən və izləyən izləyici kütləsinə malikdir. Buna görə də influencer marketinqi sosial media reklamlarına nisbətən izləyici qazanmaq və satışları artırmaq üçün daha effektivdir. İzləyicilər Sosial media reklamı vasitəsi ilə sizin məhsullarınızı almaya bilər ancaq bir influencer onları tövsiyyə etdikdə, tanıtdıqda insanlar könüllü olaraq həmin məhsulları almaq istəyəcəklər.

İnfluencerlar 4 kateqoriyaya ayrılır. Bura meqa, makro, mikro, nano influencerlar  daxildir.

Meqa influencerlar sosial media kanallarından ən az birində 1 milyon izləyicisi olanlara deyilir.

Makro influencerlar sosial media şəbəkələrindən ən az birində 40.000 ilə 1 milyon arası izləyicisi olan istifadəçilərdir.

Mikro influencerlar isə sosial media kanallarından birində 1.000 – 40.000 izləyicisi olanlardır.

Nano influencerlar isə mütəxəssis olduqları sahə üzrə kiçik izləyici kütləsinə sahibdirlər. Onlar  reklam və əməkdaşlıq mövzusunda da daha seçici davranırlar.

İnfluencer marketinqi zamanı, bəzi markalar daha çox insana çatma niyyətində olduqları üçün əsasən böyük izləyici kütləsi olan  meqa influencerlərlə çalışmağa can atırlar. Ancaq vacib olan daha çox insana çatmaq deyil, doğru izləyici kütləsi qazanmaqdır. Buna görə də influencerlərlə çalışmazdan əvvəl onların izləyici kütləsinin sizin hədəf kütləyə uyğunluğunu analiz etməlisiniz.

İnfluencer marketinqi