MÜŞTƏRİ TAPMAQ ƏN BÖYÜK NEMƏTİMİZDİR!

Müştəri, ehtiyac sahibi olan adama deyilir. Müştəri bu ehtiyacını bəzən bilir, bəzən də bilmir. Ya da heç ağlına gəlməmişdir.

Müştərinin xidmət və ya məhsul almasınına təsir edən elementlər nələrdir?

Duyğu + eqoizm + qoxu + dad + fayda = satış. Yəni müştəri əldə etmək istəyirsinizsə 5 vəziyyətin birdən çoxuna xitab etməyiniz lazımdır.

Bütün bu mexaniki və sadə düsturlar bilinsə də müştəri əldə etmək artıq indiki vaxtda olduqca çətinləşməyə başladı. Çünki alternativlər çoxaldı.

Bax bu kilid nöqtədə müştəriylə qarşı-qarşıya qaldığınızda onu özünüzə doğru çəkə bilirsiniz. Bir kitab evində, kitabın arxasını oxuyursunuz. Əgər yazıçı kitabın məzmununu gözəl ifadə edib və ya maraq oyandırarsa kitabı alarsınız. Əks halda kitab təkrar rəfdəki yerinə qoyulacaq.

Bədən, zehin və ruh. Yəni hər şirkətin, insanın, bir məhsulun üç fərqli bədəni vardır. 1- ətdən sümükdən olan möhkəm bir xarici görünüş bədəni. 2- zehninin içini dolduran bədən. 3- bu dünyadan olmayan və hər insana xas ruhi bədən. Bunların üçünün eyni yerdə olmadığı zaman müştərinin olmasını gözləməyin. Olsa da daimi bir müştəri gözləməyin.

Bu tənlik necə işləyir?

Bunu iki nümunə ilə açıqlamaq lazımdır. Birincisi insana aiddir. Yəni insanın özüdür. İnsan hər səhər oyandığında, zehnindəki düşüncələri bir yerdə, ruhunu bir yerdə və bədənini də bir yerdə tapar. Bunların üçünü də bir araya gətirsə daha güclü bir hala çevrilər. Əgər ruhunu deyildə, zehinini və bədənini oyandırıb həyata başlayarsa addım atdığı heç bir yerdə tam mənasıyla ola bilmir.Demək ki, hər səhər ruhunu, bədənini və zehnini yığışdırıb yola çıxan insan, İnsandır. Belə olduğu üçün də hadisələrə daha rahat, daha məntiqli və xoşbəxt baxdığından, həm sevəni, həm gerçək dostu, həm də həyata baxışı tam olacaq. Hərçənd az yoldaşı, yəni az müştərisi olsa da bu uzun illər davam edər.

İkinci nümunə, bir məhsul dizayn etdiyimizi düşünək. O məhsulun əsasını təşkil edən elementi dizayn etdiyimizdə əslində bədənini da hazırlamış olacağıq. O məhsulun zehniyyəti və missiyası yəni ruhu olmazsa məhsul tam müvəffəqiyyətli olmuş sayılmaz. Diqqət edin bir çox sevilən markalar  bu üçünü özündə cəmləşdirir.

İşin əsasında, “müştəri ən böyük nemətdir” sözü bu gün dəyişmişdir və “müştəri tapmaq ən böyük nemətdir” olmuşdur. Buna bütün reklamcıların, marka sahiblərinin, insanların diqqət etməsi lazımdır.

 

MÜŞTƏRİ TAPMAQ ƏN BÖYÜK NEMƏTİMİZDİR!