GERÇƏK ZAMANLI MARKETİNQ (Real-Time Marketing)

Ətraf mühit sürətlə dəyişir. Texnologiyanın bu gün bizə verdiyi imkanlar hərəkət və davranışlarımızı, verəcəyimiz qərarları, hətta düşüncəmizi belə, sürətləndirib. Bu, bütün sahələrdə olduğu kimi marketinq dünyasında da belədir. İndi aylar öncədən reklam kompaniyası, marketinq strategiyası hazırlamaq əksər hallarda uğursuzluqla nəticələnir. Düzdür, Azərbaycanı Avropa, Amerika və ya Türkiyə bazarı ilə müqayisə etsək, bu uğursuzluğun hələ o qədər də hiss edilmədiyini görərik. Amma qeyd olunan regionlarda bu gün baş verən iqtisadi, biznes, marketinq dəyişiklikləri bir müddət sonra mütləq şəkildə  ölkəmizdə də hiss olunmağa başlayır.

Dünyada 90-cı illərdən istifadə olunmağa başlayan Gərçək Zamanlı Marketinq (Real-Time Marketing) strategiyası bu gün aktuallığını birə-beş artırıb. Niyə? Çünki indi müştərilər marka,  brend haqqında məlumatı internetdə axtarırlar,  məhsulun yaxşı və ya pis olmasının sosial şəbəkələrdəki müzakirələrdən anlayırlar. İnsanların bəziləri informasiya əldə etmək üçün, bəziləri ünsiyyət, bəziləri oyun-əyləncə üçün sosial şəbəkələrə daxil olur. Və reallıq budur ki, bizim günümüzün müəyyən hissəsi sosial şəbəkələrdə geçir. Bu vəziyyətdə Gərçək Zamanlı Marketinq qarşımıza çıxır!

İnternet və rəqəmsal vasitə istifadəsinin sürətlə yayıldığı indiki vaxtda rəqəmsal marketinq sektoru böyük bir əhəmiyyət qazanmağa davam edərək böyüyür. Rəqəmsal texnologiya ilə birlikdə online olan insan və rəqəmsal qurğuların sayında yaşanan artış, televiziya, radio, jurnal kimi ənənəvi media vasitələrinə olan marağın gün geçdikcə azalmasına səbəb olur. Mobil ünsiyyətin artması insanların istehlak vərdişlərini sürətli dəyişdirir. "Rəqəmsal İstehlakçı '' olaraq təyin olunan bu kimi istehlakçı qrupunu isə doğru yerdə, doğru zamanda, doğru ünsiyyət içərisində tutmaq markaların öhdəliyinə düşür. Bu da rəqəmsal istehlakçının bir növ qalası halına gələn sosial şəbəkələri daha güclü bir hala gətirir.

İlk zamanlarından etibarən Sosial Şəbəkələrə addım atan markalar, ilk olmanın üstünlüyü ilə böyük kütlələri ələ almağı bacardı. Gərçək zamanlı marketinqin əhəmiyyəti hər geçən gün artarkən günümüzün markaları təəssüf ki bu silahı görməməzlikdən gələrək, sosial şəbəkə vasitələrini şüursuzca istifadədə heç tərəddüd yaşamır. Təəssüf ki, bir çox markanın sosial şəbəkə hesabları, içi boş,  bir dəyəri olmayan, problem həll etməyən, məzmunları ilə sosial şəbəkə dənizində səssiz sədasız yox olub gedirlər. Müəyyən sayda kütləsi olan markalar bundan sonra nə edəcəklərinin cavabını axtararkən gərçək zamanlı marketinqin əhəmiyyətini də məzmun marketinqi ilə birlikdə anlamış oldular.

Əsas mövzumuza isə bu sual ilə başlaya bilərik. Gərçək zamanlı marketinq nədir?

Gərçək Zamanlı Marketinq – mövcud zamanda baş verən tədbir, hadisə və ya fəaliyyət vasitəsilə müştərinin diqqətini cəlb etmək üsuludur. Başqa sözlə desək,  şirkət gündəmdə olan mövzuları izləyərək,  öz mesaj və təklifləri həmin mövzuya uyğunlaşdıraraq müştəriyə çatdırmağa çalışır. Burada iki mühüm məsələ – operativlik və yaradıcılıq ön plana çıxır. Baş verən hadisə (tədbir) zamanı, məhz auditoriyanın diqqəti orada olduğu zaman mesajını çatdırmaq vacibdir. Bununla yanaşı şirkətin verəcəyi mesaj fərqli, zamana uyğun və yaradıcı olmalıdır.

Futbol üzrə son Dünya Çempionatı zamanı Uruqvay millisinin oyunçusu Luis Suarezin İtaliya yığmasının futbolçusu Çellinini dişləməsi yəqin ki, hər kəsin yadındadır. Bu hadisə zamanı bəzi brendlər, Gərçək Zamanlı Marketinq üçün ideal saya biləcəyimiz reklam posterləri ilə gündəmə gəldi.

Snickers rəsmi Twitter hesabında “Bir italiyandan daha çox doydurur” deyə poster paylaşdı.

“Specsavers” şirkəti isə italyan makaron növü olan “Cannelloni” sözünün italiyalı oyunçu “Chellini”nin adı ilə oxşar olmasından məharətlə istifadə etdi. “Chellini” yox, “Cannelloni” deyə poster paylaşdı.

Və ya Apple brendi ilə bağlı  bir poster hər kəsin diqqətini cəlb etdi.

Yüksək ünsiyyət atəşinə məruz qalan rəqəmsal istifadəçilərə səslənmək hər geçən gün bir az daha çətinləşir. Müəyyən ödənişlər qarşılığı satın alınan izləyici dövrünün də son tapması ilə markalar mövcud kütlələri əldə saxlamağın, yenilərini qazanmaqdan daha qiymətli olduğunu gördülər. Gərçək zamanlı marketinq anlayışı, ağıllıca hazırlanan, anı tutmağa və aktual refleks meydana gətirməkdən yaranır. Markalara isə əhəmiyyətli bir seçilmişlik yaradır. Bu seçilmişlik də istehlakçıların marka ilə olan əlaqəsini gücləndirir.

Gərçək zamanlı marketinq markanıza ən az xərc ilə ən yüksək faydanı təmin edəcək bir marketinq taktikasıdır. Bu fürsəti marka lehinə çevirmək üçün isə sizə kiçik amma təsirli gördüyümüz bir neçə taktikdən söz açacayıq.

*Əvvəlcə aktual hadisələri izləyin və zamanı yaxşı istifadə edin.

*Səs küy salmaqdansa az və təsirli danışın.

*İnsanlar sizin nə etdiyinizə maraq etsin və gərçək zamanı tutduğunuzda isə yumruğunuzu vurmanın vaxtı gəldiyini bilin.

*Hər aktual hadisə marka ilə uyğun olmaya bilər, həqiqətən markanıza uyğun, imicini zədələməsinə imkan verməyəcək yolları seçməyə çalışın.

*Ağıllıca hazırlanmış bir gərçək zamanlı strategiya ilə markanızı istehlakçılarınızın yaddaşlarına köçürün!

GERÇƏK ZAMANLI MARKETİNQ (Real-Time Marketing)