SEO Nedir?

SEO Nedir? İngilis dilində Search Engine Optimization , hərfi tərcüməsi “Axtarış Sistemi Optimizasiyası” sözünün qısaltmasıdır. Bu optimizasiyanın əsas məqsədi saytları axtarış sistemlərində (Google, Yahoo, Bing, Yandex, Ask...) ən ön sıralarda çıxartmaqdır. Başqa sözlə  desək bu optimizasiya vasitəsilə istənilən sahə üzrə xidmət göstərən veb saytların daha çox kütlə ilə əlaqəsini təmin etmək mümkündür. Hal-hazırda bütün sayt sahibləri axtarışlarda mümkün qədər öz saytının ilk sıralarda tapılmasını istəyir.

 

Burada məqsəd, saytlarda yer alan məlumat, xidmət və ya satışların daha çox kütləyə çatdırılmasını təmin etməkdir. Əsas məsələ sayt ziyatərçilərinin sayının artırılmasıdır. Ziyarətçilərin tapılması işində axtarış sistemlərinin önəmli rolu vardır. İnsanlar internetdə axtardıqları hər şeyi, o cümlədən bilmədikləri saytları tapmaq üçün axtarış sistemlərinə müraciət edirlər. Axtarış motorları da öz növbəsində bütün xırdalıqları nəzərə alaraq axtarılmış sözlərə ən uyğun nəticələri göstərməyə çalışır.

 

SEO nedir sualından sonra ən çox maraq doğuran mövzu, bu sahənin istifadə sahələridir. Bu proses əsasən 3 istiqamətdən ibarətdir:

 

  • Sayt daxili SEO və ya On Page SEO - Bu optimizasiyanın əsas məqsədi səhifədə olan məlumatları düzgün formada yerləşdirmək və səhifəyə gələn istifadəçiləri maksimum rahat bir istifadə ilə təmin etməkdir. Buraya saytın məzmunu, dizaynı, müəlliflik, mətnlərin həcmi, açar sözlərin sıxlığı kimi elementləri nümunə göstərə bilərik.

 

Məsələn "SEO nedir?" adlı bir məqalə hazırladığımızı fikirləşək.

 

*Bu yazının ilkin olaraq başlığı və ya Meta Title etiketi olmalıdır;

 

*Başlıq açar sözlə başlamalı və maksimal olaraq 60 simvolu əhatə etməlidir; 

 

*Daha sonra mətnin qısa icmalı kimi qəbul edə biləcəyimiz və 160 simvolu əhatə edən bir açıqlama yazılmalıdır. Bu açıqlama Meta Description adlanır və daxilində minimum 2 dəfə açar söz istifadə olunur.

 

*Mövzu ilə əlaqəli ən az bir şəkil olmalıdır. Şəkillər üçün şəkilin məzmununa uyğun ad və ALT tag bölməsi yazılmalıdır.

 

*Saytınızın içindəki hər hansı bir yazıya və ya hər hansı bir digər sayta link vermək də önəmlidir. Belə olduqda saytınız axtarış sistemləri tərəfindən daha çox seçiləcəkdir. Həmçinin sayt daxili linkləmə Crawl Budget dəyərinin də optimallaşmasına səbəb olur ki, bu da sayt üçün olduqca faydalıdır.

 

Bununla birlikdə saytınızda istifadə etdiyiniz HTML, CSS və digər scriptlərin də doğru şəkildə yazılması vacibdir. Saytınızın daxilindəki kodlarda səhv nə qədər az olsa o qədər yaxşıdır.

 

  • Sayt xarici SEO və ya Off Page SEO

 

Sayt xarici SEO nedir? Bu optimizasiya növü əsas olaraq digər saytlardan sizin saytınıza verilmiş linklərdir. Yəni BackLink olaraq adlandırdığımız termindir. Axtarış motorlarına görə bir sayta dərəcəsi yüksək saytlardan nə qədər çox backlink verilmişsə bu sayt o qədər məşhur və güvənli sayt deməkdir. Ancaq bəzi veb sayt sahibləri qısa zamanda yüzlərlə backlink alaraq süni şəkildə saytın reytinqini artırmağa çalışır. Hətta bunun üçün ödənişli servislər də vardır. Lakin başda Google olmaqla axtarış sistemləri bunu qəti şəkildə qadağan edir və bunun qarşısını almağa çalışır. 

 

Saytınızı üst sıralara çıxarmaq üçün Google sisteminin qaydalarına riayət etmək, daha doğrusu istifadəçilərin tələblərinə uyğun saytı optimizasiya etmək lazımdır. Həmçinin diqqət edilməli olan digər bir vacib məsələ, saytın daxilindəki kontentlərin bənzərsiz olmasıdır. Əgər saytınızdaki məzmunun kopya olduğundan şübhələnirsinizsə, bu linkə keçid alaraq, məzmununuzu yoxlaya bilərsiniz.

 

Google bir saytın məşhurlaşmağa başladığını, istifadəçi sayının nizamlı artmasından və sayt haqqında linklərin və məlumatların paylaşılmasından anlamaqdadır. Bu paylaşımların kanallarının sayı artdıqca həmin saytlar axtarış sistəmlərində daha ön sıralara çıxartmaqdır. SEO nedir və SEO-nun üstünlükləri nələrdir suallarınıza sonraki yazılarımızda daha ətraflı cavab verəcəyik.

SEO Nedir?