AİDA modeli nədir? AİDA modeli və mərhələləri.

 

Əgər marketinq sahəsinə yeni addım atırsınızsa AİDA modeli terminini tez-tez eşidəcəksiniz. Doğru hədəf kütləsinə xitab edərək satışlarınızı artırmaq istəyirsinizsə AİDA modelinin nə olduğunu bilməlisiniz. Əgər bu haqqda məlumatlı deyilsinizsə o zaman doğru yerdəsiniz. Bugünkü yazımda siz, AIDA modelinin nə olduğu ilə tanış olacaqsınız. 

 

AİDA modeli nədir?

 

AİDA ingilis dilində awareness, interest, desire, action sözlərinin qisaltmasından yaranmışdır. AİDA modeli marketinqdə alıcıların hər hansı bir məhsulu alarkən keçdiyi mərhələləri təsvir edir. Bir çox istifadəçi reklam və ya marketinq strategiyaları yolu ilə markaların fərqinə vardığı üçün AİDA modeli bir reklam və ya marketinq strategiyalarının marka seçimində müştərilərə necə təsir etdiyini açıqlayır. AİDA modeli 19-cu əsrdən bu yana reklam dünyası və marketinqdə ən çox istifadə edilən modellərdən biridir.

 

AIDA modelinin mərhələləri:

 

Awareness

 

Satış qıfının ilk mərhələsi tanınmadır. Burada siz mümkün olduqca öz markanızın adını tanıtmağa və daha çox insanın sizdən xəbərdar olmasına çalışmalısınız. Bunu tez və qısa bir zamanda etmək üçün reklamlara baş vura bilərsiniz. Tanınma bütün markalar üçün olduqca önəmli bir hissədir. Dünyada ən çox tanınan markalar belə hər zaman awarenes’i qoruyub saxlama ehtiyac duyur. Məhz bu səbəbdən bu bölməni önəmsəməli və yaddaşlarda qalmağa çalışmalısınız.

 

Interest

 

Awarenesin ilkin olaraq önəmini vurğuladıq amma unutmayın ki bu uğurlu bir marka yaratmaq üçün yetərli deyil. Sizin markanız həmçinin insanlarda maraqda oyatmalıdır. Əgər markanız insanlarda maraq yaratmırsa o zaman onlar sizdən məhsul almağa istəkli olmayacaqlar. İnsanlarda maraq yaratmaq üçün hədəf kütlənizi düzgün seçməli və bu kütlənin ehtiyaclarına uyğun məhsullar təklif etməlisiniz. Buna misal olaraq Adidas markasını göstərmək olar. Adidas reklam üzü olaraq Messini seçdiyində düzgün bir qərar vermişdi çünkü beləcə futbolsevərlərin və həmçinin digər insanların marağını markaya yönəldə bilmişdi. Adidasın istehsal etdiyi idman ayaqqabılarına maraq artdı və idmansevərlər bu ayaqqabıları sahib olduğu özəlliklərə görə almış oldu. Beləcə Adidasın istehlakçı sayı beləcə artmış oldu. 

 

Desire

 

İnsanlar arasında maraq və istək yaratmaq eyni anda baş verə bilər. Bu səbəbdən insanlara niyə sizin markanızı seçməli olduğunu izah etməlisiniz. Burada siz, istifadəçilərə sizin məhsulunuzda olan lakin digərlərində olmayan xüsusiyyətləri vurğulaya bilərsiniz.

 

Action

 

Yaxşı reklam istifadəçiləri sizin məhsulunuzu almağa təşvik etməlidir. Əgər məhsulunuz insanlarda maraq, diqqət və istək yaratmağı bacardısa bu zaman onlar məhsulunuzu almaq üçün hərəkətə keçəcəklər. Burada həmçinin marka olaraq siz, alıcının xidmətdən məmnun qalmasını və məhsulu yenidən almağa istəkli olmasını təmin etməlisiniz. 

 

AİDA modeli nədir? AİDA modeli və mərhələləri.