Silikon vadisi haqqında

Silikon vadisi haqqında - Bu ərazi müasir zamanda texnologiyanın “ürəyi” olaraq bilinir. Texnologiya baxımından dünyada öz sözünü demiş, elektronika və İT sahəsində ixtisaslaşmış çox sayda ABŞ şirkətinin olduğu bölgədir. Orijinal adı “Silicon Valley” olaraq bilinir. Bu ərazidə fərqli beynəlxalq şirkətlərin də ofisləri vardır.  

 

Silikon vadisi Amerikada mərkəzi Santa Klara vadisində yer alır. Bu bölgənin dünyada çox böyük nüfuza malik olmasının ən böyük səbəbi ABŞ-ın Stanford universitetidir. Bu elm ocağı San Fransiskonun 40 km cənub-şərqində yerləşir. Bir zamanlar vadi, hələ bu qədər məşhur məkan olmamışdan əvvəl uzun illər tam mənası ilə çölün ortasında tək qalmışdır. Universitetin texnologiyaya meyl etməsi səbəbi ilə bu bölgə indiki məşhurluğuna çatmış və dünyanın ən prestijli məkanlarından biri olmuşdur. Əgər diqqət etsəniz vadidə yerləşən  şirkətlərinin ortaq nöqtəsi sahiblərinin həmin Stanford universitetdən məzun olmasıdır. Texnoloji yeniliklər haqqında daha ətraflı məlumat əldə etmək üçün Webcoder.az saytına daxil olaraq, İP Nədir adlı məqaləmizə nəzər sala bilərsiniz.

 

Silikon vadisi haqqında araşdırdıqda görə bilərik ki, bu ərazinin qurulma ideyası böyük işsizlik böhranı səbəbi ilə ortaya çıxdı. Stanford universitetinin mühəndislik professoru Frederick Terman tələbələri üçün daha çox iş imkanı yaratmaq istədi. Tələbələrinin texnologiya sahəsində inkişafına şərait yaratdı. İkinci dünya müharibəsindən sonra Vaşinqtondakı əlaqələrindən maddi dəstək aldı. Bundan sonra Stanford sənaye parkını quraraq yerli müəssisələrlə universitet arasında qarşılıqlı əlaqələri möhkəmləndırməyə başladı. Stanford universiteti, Eastman Kodak, Lockheed, Varian Associates, General Electric və Hewlett-Packard kimi şirkətlər də buradan kirayə yer götürdülər. 1955-ci ildə parkda biotexnoloji şirkətlərdə öz yerini tutmağa başladı. 1957-ci ildə İntel-də daxil olmaq üzərə fərqli sahələrdən 38 fərqli şirkət burada öz yerini tutmuşdu. Microsoft, Intel, Apple və Xerox kimi dünya iqtisadiyyatına böyük təsir edən şirkətlər də bu vadinin ilk şirkətlərindəndir. 

 

Silikon vadisi haqqında daha ətraflı.

 

 Bu texnologiya bölgəsinin texnoloji şirkətlərin məskəni olmasınının bir çox səbəbi var bunlar:

 

İkinci dünya müharibəsi- ikinci dünya müharibəsi “Golden Gate” körpüsü vasitəsi ilə vadiyə çoxlu insanların gəlməsinə səbəb oldu. Bəzi insanlar şəhərin havasına bəziləri aurasına heyran qalaraq burada məskən saldı. Vəzifədən azad edilən hərbiçilərin bir çoxu şəhərə geri dönüb başqa sahələrdə özlərini sınağa başladılar.

 

Stanford universiteti –  yuxarıda söz açdığımız kimin bu universitetin var olması bu bölgənin yaranmasında və inkişafında böyük rol oynamışdır. 

 

Texnologiya şirkətlərinin quruluşu və bu şirkətlərin Silicon Valley ərazisinin inkişafında rolu.

 

HP – texnologiya nəhəngi HP şirkətinin quruluşunun Silikon vadisi haqqında fikirlərin inkişafında müstəsna rolu var. Hewlett və Packard Stanford universitetindən məzun olduqdan sonra universitet bu cütlüyə şirkəti qurmaq üçün maliyyə dəstəyi verdilər. 20-ci əsrin ikinci yarısında dünya nəhəngi oldular. Cütlük universitetdən aldıqları borcu artıqlaması ilə ödədilər.

Silikon vadisi haqqında