Səhifə daxili SEO

Biz Axtarış Sistemləri üzrə Optimizasiya işlərinə həmişə öz saytlarımızdan, səhifələrimizdən başlayırıq. Bunun səbəbi axtarış sistemlərindəki sıralamanın hər şeydən əvvəl saytlardakı yazılı kontentin, açar sözlər əsasında kopirayterlərin hazırladığı mətnlərin keyfiyyətinə görə olmasıdır. Biz müştərilərimizə bu alqoritmlərə uyğun mətn yazılmasında və optimallaşdırılmasında xidmət göstəririk.