VEB / APP / ERP / CRM / İNTRANET / SEO

VEB - Biz Sizə istənilən vebsaytların - ən kiçik sayt-vizitlərdən ən mürəkkəb portallaradək zövqünüzü oxşayan hər növ veblayihələrin hazırlanmasını təklif edirik. Biznesin imicini yaxşılaşdırmaq naminə saytın fəaliyyət göstərilməsi indiki dövrdə zəruri hala çevrildiyindən, bizim peşəkar kollektivimiz bu istiqamətdə Sizə ilk yardım əlini uzatmaqdan məmnunluq duyacaq. Mütəxəssislərimiz Sizin biznes-ideyalarınızı adi vebresursdan daha geniş auditoriyaya çatdıraraq şirkətin prestijini dəfələrlə artıracaq, professional əmək sahənizi yeni mərhələyə daşıyacaq. Bu səpkidə sayt-vizitsayt-portfoliokorporativ sayt, bloqinternet-mağazaportalsosial şəbəkə və s. layihələr üzrə xidmət göstəririk.

APP - Veb-texnologiyaların internet aləmini öz təsiri altına salmasına baxmayaraq, klassik masaüstü tətbiqlərin zərurəti hələ də öz qiymətini qoruyub saxlamışdır. Bu amili nəzərə alaraq, şirkətimiz müxtəlif platforma və proqram dillərində istifadəçinin iş səmərəliyini artırmaq üçün maksimal effektivliyi rəhbər tutaraq hər tip desktop-tətbiqlərin və əlavələrin hazırlanması ilə məşğul olur. Bizim texnoloji ekspertizamız Microsoft Windows (XP/Vista/Windows 7, Windows Server 2003/2008/2008 R2), Linux(Red Hat, Ubuntu) və Mac OS X üzərində cəmləşir.

 

ERP / CRM - Biz inkişaf etmiş texnologiyalara əsaslanaraq, kiçik, orta və iri müəssisələrə avtomatlaşdırma sistemlərinin tətbiqi üçün "1C"  proqram təminatı vasitəsilə xidmətlərin tam spektrini təqdim edirik. Mütəxəssislərimiz Sizin biznes sahənizi və planlarınızı nəzərə alaraq, optimal xidmət paketini müəyyən etməkdə yardım göstərəcək. Xüsusi diqqəti bu xidmətlərə yönəldirik: proqram təminatının seçilməsi üzrə konsultasiya; proqram təminatının çatdırılması və quraşdırılması; proqramın istifadəsi üzrə təlim; informative və texnoloji dəstək; sistemin istismar müşayəti və s. Biznesinizin inkişaf perspektivlərini, eləcə də ani sorğuların müəyyən edilməsini təmin etmək üçün bu tip xidmətlərdən istifadə etməyinizi məsləhət görürük.

İntranet – korporativ sisteminin miqyası üzrə ölçülür. İntranet-həllər zamanı seçilən əsas komponetlər bunlardır: veb-serverlər, veb-naviqatorlar, tətbiqlər, verilənlər bazası. “Web Coder” şirkətinin başlıca üstünlüklərindən sayılan biznes-məntiq – server tərəfində toplanması və mərkəzləşmiş halda idarə olunmasıdır.

SEO - optimallaşdırılma və saytın təbliği – internet vasitəsi ilə istifadəçi (müştəriyə) ünvanlı baxış və sağlam auditoriya qazandıran kompleks yanaşmadır. Marketinqin əsas silahlarından sayılan SEO - internet üzrə təşviq proqramının ən müasir və vacib elementlərdən biridir. “Web Coder” şirkəti olaraq, biz Sizə ən yeni təşviq alətlərimizlə biznesinizin (vebsaytınızın) baxış ölçüsünü dəfələrlə böyütməyi, vebresursunuzu ən öncül təbliğat sektorunda yerləşdirməyi təklif edirik. İş fəaliyyətinizini biz Sizə təqdim edəcəyimiz statistik göstəricilər vasitəsilə dərindən izləyə, təhlil edə, incələyə bilərsiniz. Yaranan boşluqları bərpa edə, ən intensiv tələbatı üzrə göstəriciləri əldə edə bilərsiniz. Bu sahədə əsas sahəmizi SEO (saytın axtarış sistemlərinə uyğunlaşdırılması), SEM (axtarış üzrə marketinq), SMO (saytın sosial mediaya uyğunlaşdırılması), SEA(axtarış üzrə reklam), SMM (sosial media marketinq) üzrə qərarlaşdırmışıq

Proyektinizə başlamağa hazırsınız?

Niyə bir fincan çay içmək üçün bizə qoşulmursunuz? Söhbət etmək və ya proyekt haqqında ideyalarınıza qulaq asmaq bizə xoşdur.

Əlaqə