AUDİO / VİDEO / 2D / 3D / MULTİMEDİA

Bizim məqsədimiz - dünya film standartlarına uyğun olaraq audio, video çəklişləri və animasiya tərtibatını Azərbaycan üçün təkmilləşdirilmiş formaya salaq. 

Audio – səs texnologiyalarına aid olan ümumi termindir.

Video – hər hansı bir siqnalın formalaşmasını, qeydə alınmasını (yazılmasını), ötürülməsini, saxlanılmasını və oxudulmasını təmin edən elektron texnologiyadır.

2D (2-D, ikiölçülü görünüş) – Hər hansı bir materialın (əşyanın) ikiölçülü görünüşüdür.

3D (3-D, üçölçülü görünüş) – stereoskopik təsvirləri yenidən canlandırmağa imkan verən displeylərin qeyd olunması üçün istifadə olunur. 3D-qrafika (üçölçülü qrafika) - Şirkətin potensial müştərilərinin sayını artırmaq və onlara bilavasitə təsir göstərmək üçün tətbiq olunan ən effektiv reklam alətlərindən biridir. 3D-qrafika – əsasən irihəcmli obyektlərin yaradılmasında istifadə olunan üsul və alətlər məcmusudur.  Kompyüter qrafikasının bir bölməsi  hesab olunur.

Multmedia – zaman kəsirində məlumat təsvirinin müxtəlif formalarda (səs, hərəkətli kompüter qrafikası, videosıra və s.) təmin edən məlumat sistemidir. Məsələn, bir obyekt-konteynerdə mətn, səs, qrafik və video məlumat yerləşə bilər. Bundan əlavə, bu məlumata interaktiv müdaxilə etmək (qarşılıqlı əlaqə yaratmaq) mümkündür. Multimedia termini yuxarıda qeyd olunanlarla yanaşı, həcmli verilənləri və ağır materialları özündə saxlaya bilən məlumat daşıyıcısı kimi də tərcümə olunur.

Proyektinizə başlamağa hazırsınız?

Niyə bir fincan çay içmək üçün bizə qoşulmursunuz? Söhbət etmək və ya proyekt haqqında ideyalarınıza qulaq asmaq bizə xoşdur.

Əlaqə