Brendinqdə nələrə diqqət edilməlidir?

Brendinq strategiyası bizneslərin mövcudluğunu ifadə edən amildir. Adımız, şəxsi keyfiyyətlərimiz, bacarıqlarımız, məqsədimiz bizi digərlərindən fərqləndirdiyi kimi bizneslərin də tanınmaq, fərqli olmaq üçün marka adına və strategiyasına ehtiyacı olur. Brendinq biznesin məhsul və xidmətlərini rəqib müəssisələrdən fərqləndirməyə imkan verən, markaya aid məzmun və vizualların rəqəmsal və çap yayım kanalları ilə paylaşılmasını təmin edir.Bura məhsul və xidmətlərin reklamından tutmuş satış və marketinq fəaliyyətlərinə qədər bütün mərhələlər daxildir. İnsanlar hər gün sosial mediada yüzlərlə yeni brendlə qarşılaşırlar. Bunlar əlbətdəki müştərilər üçün əlverişlidir ancaq bazarda yeni brendlərin  çoxalması bizneslər üçün kəskin rəqabətli şərait yaradır. Buna görə də brendləşmə prossesində bir çox amillərə diqqət edilməlidir.

Brendləşmə prosesində nəzərə alınmalı olanlar aşağıdakılardır:

  • Markanız  müştəri kütləsinə müsbət təsir göstərəcək məzmundan ibarət olmalıdır.
  • Biznesinizin vizyonunu və missiyasını əks etdirməlidir.
  • Sizi rəqiblərinizdən fəqləndirməlidir.
  • Marka adınız qısa, aydın və yaddaqalan olmalı,müştərilər tərəfindən asanlıqla tələffüz edilməlidir.
  • Qlobal olaraq xidmət verən biznessinizsə marka adınız digər dillərdə rahat səslənə bilən olmalıdır.
  • Web-saytınızı yaradarkən markanıza uyğun domain adından istifadə etməlisiniz.
  • Uğurlu reklam və marketinq həllərindən istifadə etməlisiniz.

 

Biznesiniz ilk baxışda müştəridə güvən yaratmalı və sizi rəqiblərinizdən fərqləndirməlidir. Biznesin özünəməxsus mövqe nümayiş etdirməsinin yolu isə ifadə dilindən, vizual və yazılı dizaynlarla  verdiyi mesajlardan keçir.

Marka yaratma prosesinə başlamazdan əvvəl hansı sektorda yer alırsınızsa mövcud bazar şəraitini analiz etməli, rəqiblərinizi araşdırmalısınız.

 

Brendinqdə nələrə diqqət edilməlidir?