10/01/2020
Müəllif: Web Coder
Şüar və ad necə yaradılır ?
Şüar və ad necə yaradılır - Məhsulların rəqib məhsullar arasında fərqliliyini təmin edəcək və diqqətə çarpan xüsusiyyətlərini əks etdirəcək uyğun ad və şüarın təyin edilməsi, markalama strategiyaları qədər əhəmiyyətlidir. Webcoder.az saytında SEM və SEO arasındaki fərqlər məqaləsinə də nəzər sala bilərsiniz.
ŞÜAR NƏDİR?
Şüar və ya motto — bir şəxsiyyət, qrup, təşkilat və ya təşkilatın məqsəd və vasitələrini ümumiyyətlə təyin edən bir deyiş və ya söz siyahısına verilən addır.Bir çox ölkə, şəhər, universitet və digər təşkilatların mottoları vardır. Motto sözü İtalyan dilindən gəlir və mənşəyi latınca muttire yəni "mırıldanmak, deyinmək"mənasını verir.
Firma əvvəlcə markasıyla sonra şüarıyla yaddaşlarda qalır . Məsələn; "Ensiklopediya" şüarını eşitdikdə yaddaşımıza dərhal "Wikipedia" markası gəlir. Şüarlar Marka tanınmışlığı baxımından da çox vacibdir.
Şüar yalnız firmalar üçün əhəmiyyətli deyil,həm də şəxsi və ictimai təşkilatlar, universitetlər, xəstəxana və otellər, hökumət təşkilatları, qeyri-hökumət təşkilatları, idman klubları,siyasi partiyalar üçün də böyük əhəmiyyət daşıyır.
Lüğətimizdə "şüar" necə başa düşülür? Qısa və təəccüblü təbliğat sözü olan şüar, markanın məqsədini və görüntüsünü təyin edir.
Şüar.
1. Bir fikri asan xatırladıb, təkrar şəkildə ifadə edən qısa, təəccüblü sözdür;
2. Şəxsiyyət, birlik və təşkilatların,məqsəd və vasitələrini köklü bir şəkildə təyin edən yaxşı bir xüsusiyyətdir.
Şüarın xüsusiyyətləri necə olmalıdır?
Şüar təşkilatın ya da məhsulun xüsusiyyətlərini özündə əks etdirməlidir.Hər insanın bir şəxsiyyəti olduğu kimi, təşkilatların da bir şəxsiyyəti vardır. Şüarda bunu özündə əks etdirməlidir.
Şüarı eşidən adamın dərhal ağlına markası gəlməlidir.Başqa şüarlardan fərqləndirici xüsusiyyətləri olmalıdır. Əgər tanınan başqa bir şüardan isdifadə edilmişsə, əksinə olaraq məhsulun reklamına mənfi təsir yaradar.
Marka və edilən iş bütünlük təşkil etməlidir. Loqonun yada emblemin dərhal altında yazıla bilər.
Çox uzun olmamalıdır və tək sözdəndə isdifadə edilməməlidir. Kifayət qədər uzunluqda və təsir edici olmalıdır.
Yaddaşımızda asanlıqla qalmalı və məhsulu ələ aldığımızda xatırlanmalıdır.
Şüar - markanın xatırlana bilməsi üçün çox əhəmiyyətlidir. Eyni zamanda şüar təbii və təsir edici olmalıdır. Tanınmış markalar (bu bəzən fərd də ola bilər) keyfiyyətli şüarlar ilə ön plana çıxmışdır.
Düzgün şüar yazılışı.
Təbiilik: Sıravi olmayan bir cümlə olmalıdır. Məsələn bir çox market "alverin etibarlı ünvanı" şüarını istifadə edir. Bu şüar müvəffəqiyyətlidir ancaq hər kəs tərəfindən istifadə edildiyindən müştəri üçün artıq bir məna ifadə etmir.
Davamlılıq: Şüarınız davamlılıq kəsb etməlidir. Buna görə markanı ən yaxşı təmsil edəcək cümləni tapmalı və qalıcı olmasını təmin etməlisiniz.
Yaddaşda qalan: Tələffüzü çətin cümlələrdən ibarət olmamalıdır. Bir səfərdə ağılda qalan sadə bir şüar davamlı xatırlanmanızı təmin edər.
Qısa: Bir - Dörd (1-4) sözdən ibarət şüarlar ən təsirli şüarlar. Yadda qalması cəhətdən də əhəmiyyətlidir.
İddialı: Satılması üçün iddialı olması da əhəmiyyətlidir. Rəqabətin olduğu bazarda iddialı məhsul üstünlük səbəbi ola bilər. Məsələn Audinin "Texnologiya ilə bir addım öndə" şüarı iddialı və müvəffəqiyyətli bir şüardır.
Həqiqi: Qeyri-mümkün vədlər verən şüarların heç də yaxşı nəticəsi olmaz. Firmanın etdiklərinə və edə biləcəklərinə uyğun şüar seçimi müvəffəqiyyətli şüar yaratmaq adına əhəmiyyətli bir faktordur.
Şirkət və ya marka adı yaratmaq.
Marka və ya şirkət adı yaratmaq hər keçən gün daha da çətin bir hal alır. Rəqabətin və ünsiyyətin hər keçən gün artdığı bu dövrdə fərqliləşmənin ən əhəmiyyətli elementi olan ad yaratmaq, bir növ samanlıqda iynə axtarmağa bənzəyir. Ünsiyyət və marketinqin sürətli inkişafı və dəyişməsini dövri olaraq ələ aldığımız marka adlarında görə bilərik. İlk dövrlərdəki markaları araşdırdığımızda Kiğılı, Ülker, Koçtaş və s. markaların, markanın yaradıcısının ad və ya soyadlarından faydalanıldığını görürük. Hələ adını qurucularından alan markaların etibarlılığının da qurucularına görə olduğunu görməkdəyik.
Marka adı, markanın vədlərini əks etdirən bir izahat forması olaraq təyin olunur. Bundan əlavə təsirli bir marka adı, markanın funksional və simvolik komponentləri ilə marka vədini bütünləşdirərək, marka şəxsiyyəti və marka mövqeləndirmə strategiyası ilə müştərinin tanışmasını təmin edir. Qısaca bir markanı digərlərindən ayıran ən əhəmiyyətli fərqləndirmə, marka adının doğru təyin olunmasıdır.
Marka adı prosesinə başlamazdan əvvəlki ilk mərhələ, nə cür bir adın məhsul və ya xidmətə uyğun olacağına qərar verilməsi olmalıdır. Bu qərarların alınmadan əvvəl yola çıxılması, okeanda avar çəkməyə bənzəyəcək. Araşdırmalara görə sıravi bir ada sahib bir məhsul, orta keyfiyyətli amma maraqlı bir ada sahib məhsul qədər yaxşı satışı yoxdur. Əgər sıravi ada sahib bir məhsulunuz bazarda uğursuz olarsa, məhsulda dəyişiklik edilsə də fayda almaq olduqca çətin olacaq. Bu səbəblə marka adının müəyyənləşdirilməsinə dair ilk fikirlər reklam agentliyindən və ya marketinq araşdırmaları quruluşlarından kömək alaraq əldə edilir. Marka adının araşdırılması prosesində elmi iş aparan firmalar:
*Çağırış testləri (ağla nə cür bir imic gəlir)
*Öyrənmə testləri (ad asanlıqla deyilə bilirmi?)
*Xatırlama testləri (ad necə xatırlandı)
*Seçim testləri (hansı adlar seçildi)
kimi üsulları istifadə edirlər.
*Sözün mənası olmayan, qulağa xoş gələn maraqlı adlar (Sony, Kodak)
*Məhsulun funksiyalarıyla əlaqədar olmayan (Panda, Omo)
*Məhsulun keyfiyyəti və ya funksiyasını əks etdirən (Yünsa)
*Məhsulun nə işə yaradığını və ya nə olduğunu əks etdirən (Silen, Yumoş)
*Başqa dillərdəki sözlərdən faydalanan (Lux)
*Şirkət qurucusuna aid olan (Ford, Vakko, Gillette, Hilton, Honda, Dell, Ülkər)
*Məşhur şəxslərə aid olan (Lincoln, Napoleon)
*Region adlarından (BMW, BP, Marlboro)
*Təbiətdən (heyvan, bitki) (Palmolive, Apple, Coca Cola, Shell)
*Müəssisənin ilk hərflərindən ibarət olan (IBM, BMW)
Kimi bir çox növdə ola bilər.
Bir marka adının üç əsas funksiyası.
*İstehlakçının qəbul edib etməyəcəyinə imkan verən bir mal və ya xidməti təsvir edər.
*Markanı təsvir edən xüsusiyyətlərə istiqamətli simvolik və ya funksional (ya da ikisi birdən) mesajlar çatdıraraq müştəri ilə ünsiyyət qurar.
*Hüquqi müdafiə funksiyasıyla firmanın dəyərini qoruyar.
Marka adının müəyyənləşdirilməsi prosesində diqqət edilməsi lazım olan meyarlar.
*Xatırlanması və deyilməsi asan olmalıdır. Söylənişi uzun olan marka adları çox zaman qazanclı bir potensial bazarı təhlükəyə soxa bilər.
*Məhsulun faydalarını və keyfiyyətini əks etdirməlidir. Məhsulun funksiyaları ilə uyğun bir marka adının seçilməsinə diqqət edilməlidir (Head & Shoulders)
*Fərqləndirici olmalıdır. Rəqiblərlə bənzərlik daşımamalı, məhsulu tanıdan və fərqliləşdirən xüsusiyyətlər ehtiva edən adlar seçilməlidir.
*Səs-hərf-qramatik xüsusiyyətlərə diqqət edilməlidir.
*Uyğunlaşdırılması mümkün olmalıdır. Gələcəkdə məhsul xəttinə əlavə olunacaq məhsullar üçün də uyğun olmalıdır.
*Beynəlxalq müstəvidə uyğunluğuna diqqət edilməlidir. Məhsula beynəlxalq bazarlarda mənfi təsir yaratmayacak adlar qoyulmalıdır.
Qısaca, marka strategiyasına və vədinə uyğun marka adı yaratmaq, marketinq xərclərinizi minimuma endirəcək, istehlakçıların ağılında asanca qalmanızı və rəqibləriniz arasında fərq yaratmanızı təmin edəcək.