Texniki optimallaşdırma

Daxili və xarici SEO işləri ilə yanaşı, müştərilərimizə verdiyimiz xidmətlər içində texniki optimallaşdırma xidməti də mövcuddur. Bu xidmətlərə metateqlərin yaxşılaşdırılması, robot.txt fayllarının, sayt xəritələrinin hazırlanması və s. kimi optimizasiya işləri daxildir. Saytın kod tərəfində aparılan bu işlər axtarış sistemlərinin göndərdiyi botlar vasitəsilə analiz edilir və uğurlu nəticələri olan saytlar sıralamada önə çıxır.