HƏYATIMIZ RƏQƏMSAL OLUB QARDAŞ!

Sürətlə rəqəmsallaşırıq. Bir tək sosial şəbəkələrdə deyil. Bütün markalar rəqəmsalın üzərinə yükləndilər. Rəqəmsal mebel, rəqəmsal elektrikli avtomobil, naviqasiya və s. Hər yer ekran texnologiyalarının da inkişafıyla birlikdə çoxlu ekran halına döndü.

Hər insan telefonuyla ya özünü müdafiə edir, ya da hücum edib kiməsə bir şey göndərir. Maraq etdiyimiz hər şeyi internetdə tapa bilirik.

Sosial həyatımız rəqəmsala çevrildi. Bəli hələ ki şüalanmağı tapa bilmədik ancaq qarşımızdakı insanlara anlıq mesajlar ilə çata bilirik.

Bundan əlavə, rəqəmsal bir təkliyin içinə də düşmüş olduğumuzu düşünmək olar. Çünki düşüncələrimizi görüşmədən çatdırmağımızı qarşılıqlı oturub danışmaqdan üstün tuturuq.

O qədər rahadıq ki internet olan hər yerdən özümüzlə əlaqəli paylaşımlar edib başqalarına bildiririk. Təbii ki, bu rahatlıq da ictimai həyatımızda dəyişikliklər meydana gətirdi. Ən əhəmiyyətlisi də qadın və kişi arasındakı pərdələri qaldırdı.

Bununla birlikdə bir məhsula çatmaqdakı əngəllər aradan qalxdı. İstədiyimiz məhsula oturduğumuz yerdən çata bilmə gücümüz oldu. Kino, musiqi və ya hər hansı bir şey haqqında öyrənmək istədiyimiz nə varsa asanlıqla əldə edirik.

Texnoloiya əlbəttə ki yaxşıdır. Ancaq insan şüurlu və sadə bir şəkildə texnologiyanının istifadəsini öyrənməsə texnologiyanın əsiri olaraq həyatını məhv edərək keçirəcək.

 

 

Proyektinizə başlamağa hazırsınız?

Niyə bir fincan çay içmək üçün bizə qoşulmursunuz? Söhbət etmək və ya proyekt haqqında ideyalarınıza qulaq asmaq bizə xoşdur.

Əlaqə