ŞÜURLU REKLAMVERƏN NƏ DEMƏKDİR?

İnkişaf edən informasiya vasitələrinin təsiri bir çox şirkət və markanın da böyüməsinə və genişlənməsinə səbəb oldu. İnformasiya vasitələrinin gücü  bir çox sahədə özünü göstərdi.

PULUMUZ VAR, BƏS DƏYƏRLİYİK?

Bir çox kiçik və orta həcimli müəssisələrin kassaları böyüyərkən bir tərəfdən özlərinə bu sualı soruşmağa başladılar. "Bizi niyə heç kim tanımır? Bu qədər böyük işlər edərkən insanlar bizi niyə bilmirlər? "Bununla birlikdə məsləhət xidmətlərinə müraciət edibaraşdırmaya başladılar. Biz dəyərli hala necə gələ bilərik? İstehsalımızla, keyfiyyətimizlə, insanlara yanaşmalarımızla bunu bacarmış bir təşkilat olaraq insanların bizi daha dəyərli, qiymətli olaraq görməsini necə təmin edərik, suallarının cavablarını axtardılar.

BUGÜN DƏYƏRLİ OLMAQ DƏYƏRLİDİR!

"Pullu ancaq modabaz olacağıma, həm pullu olub həm də harada necə hərəkət edəcəyimi bilmək daha yaxşıdır" fəlsəfəsinə bürünən quruluşlar, şirkətlər bu gün artıq qiymətli, dəyərli olmağa gedən yola girdilər. Bunun ən əsas səbəbi gələcəkdəki yerlərini dəqiqləşdirmək istəkləri olsa gərək. Çünki, dəyərli olsalar,bu gün olmasa da gələcəkdə çox yaxşı yerlərə gələcəklərini bilirlər.

REKLAM / MARKETİNQ ÜNSİYYƏTİ HARADADIR?

Bu gün reklam və marketinq artıq yapışıq əkizlər kimi bir hal aldı. Beləliklə reklam daha çox diqqət çəkərkən, rəqəmsallıq isə marketinq və reklamın dadı duzu oldu. Bu gün pazarlamasını rəqəmsal və reklamdan keçirməyən ağılı yox deyə bilərik. Çünki özünü göstərməyən, təvazökar olacağam və ya az olsun mənim olsun deyən heç bir sərmayə özünə irəlidə mövqeqazanamayacağından yox olmağa namizəd olacaq.

BUGÜN AĞILLI REKLAMVERƏNLƏRİN ZAMANIDIR

Bu gün, reklamverməyi bilən kiçik ve orta həcimli müəssisələrin marka olmağı məqsəd qoyanların dövrüdür. Çünki artıq hədəf kütlə, həm məhsula sahib olub, eyni zamanda sonrasında servis xidməti alacağına inanıb güvənəcəyi markaları daha çox seçir. Artıq özünü ortaya qoyan, bununla birlikdə sözlərinin və vədlərinin arxasında duran hər bir markanın dövrüdür.

KİMDİR BU ŞÜURLU REKLAMVERƏN?

- Məhsulunu keyfiyyətli istehsal edər

- Reklama büdcə ayırar

- Raportlara inanar

- İnsan resurslarını yaxşı idarə edər

- Dinləyərək müştərisiylə bir əlaqə yaradar

- Texnologiyanı istifadə edər

- Dövrün markasını deyil, gələcəyi inşa edər

- Səbir etməyi bacarar

- Doğru media planı etdirər

- Danışmağını bilər

- Strategiya / planlamanın gücünü bilər

Və s.

Bu gün qazananlara diqqət edin, onlar güclərini insanlara əks etdirən, ünsiyyət qurmağı bacarmış markalardır. Heçkimlə danışmayıb yalnız işini etdiyinə inanan və bunu insanlarla paylaşmayan markalar isə çox təəssüf ki yavaş-yavaş bazardan çəkilmək məcburiyyətində qalacaqları bir dövrdəyik.

Nə xoşbəxtdir gələcəyi inşa edənlər, nə xoşbəxtdir bu şüurla hərəkət edənlər

ŞÜURLU REKLAMVERƏN NƏ DEMƏKDİR?