REKLAMDA AZ DANIŞIB ÇOX ŞEY ANLATILMALIDIR

Ümumiyyətlə reklam ünsiyyəti və ya ünsiyyətin olduğu yerdə özümüzü çox ifadə etmə istəyimiz var. Beləliklə daha çox məsələnin aydın olacağı zənn edilir. Hələ qarşıdakı şəxs danışarkən, fikrimizdə nə söyləyəcəyimizi hazırlayıb, qarşımızdakını az dinləyirik. Üstəlik daha çox seçilmiş sözlərlə qarşı tərəfdəkini çətin vəziyyətdə qoyuruq...

Ünsiyyət qaydası necə olmalıdır?

Dinlə> anla> şərh et> danış. Bu qayda nə qədər sadə görünsə də xarakterimiz və ya başqa səbələr buna imkan verməyə bilər.

Qulaqdan qulağa dolaşan söhbətlərdə, ilk adama deyilənlə, ən son adamdan çıxan mənanın fərqli olma ehtimalının yüksək olması insani hisslərimizin fərqliliyindən yaranır.

Bu gün vizual ünsiyyətdə nələr var?

Ən çox sosial şəbəkələr var. Ən çox, oxunan ünsiyyət var. Gələk indiki insanın kütləvi ünsiyyətdə ən çox hara baxdığına;

– WhatsApp

– Twitter

– Facebook (istifadəci sayı bir milyardı keçib)

– Online xəbər portalları

-Qəzet/Jurnal

-Kitab

-Televiziya

-Radio

İstər yeni texnologiyalar, istər əvvəllər az sayda istifadə edilən informasiya vasitələri olsun, insanlığın xidmətinə nə qədər çox alternativ təqdim edilirsə bir o qədər də ünsiyyətin zəiflədiyini görürük.

Həm müşahidələrimiz, həm də insan psixologiyasına baxdığımızda, nə qədər az ünsiyyət diliylə izah edə bilsək o qədər yaxşı olduğunu görürük.Burdan yola çıxsaq, reklam və marketinq ünsiyyətinin olduğu yerlərdə daha çox şey izah edəcək yaradıcı həllər tapılması lazımdır.

REKLAMDA AZ DANIŞIB ÇOX ŞEY ANLATILMALIDIR