MARKALARIN MADDƏ ASILILIĞI

Markanı 4 maddə təhlilindən keçirmək artıqlaması ilə kifayət edər yəqin ki. Bunlar;

1- İdarə və Təşkilat

2- Keyfiyyətli Məhsul

3- Marketinq Şəbəkəsi

4- Reklam və Təqdimat

Bu maddələr qarşılıqlı olaraq davamlı ünsiyyət içərisindədirlər. Belə ki illər əvvəlində firmalar və ya təşkilatlar məhsul istehsal etmənin əsas olduğunu düşünərək məhsul mərkəzli hərəkət edirdi. Firma və təşkilatlar ilk əvvəl məhsulun olmasını və bunun inkişaf etdirməli olduqlarını başa düşdülər. Sonrasında məhsul ilə birlikdə necə bir hərəkət planı olması lazım olduğuna qərar verəcək olan idarə və təşkilatın əhəmiyyətini anladılar. İdarə və təşkilat isə daha çox insana çata bilmək üçün marketinq strategiyası etmələri qənaətinə gəldi. Buna ən yaxşı nümunə Henry Forddur. Henry Ford 1950-60 illəri arasında klassik qara Ford avtomobili üçün "Dünyada qara rəng bitənə qədər mən bu avtomobili istehsal edəcəyəm" desədə 1965-ci ildə məşhur qırmızı Mustang marka avtomobilini bazara çıxartdı. Çünki Ford artıq bazarın dəyişdiyini və məhsulunu satmaq üçün yeni və müxtəlifliyin olması gərəkdiyinianlamışdı.

Bu 4 maddə öz payına düşəni artıqlaması ilə yerinə gətirmək üçün hal-hazırda inanılmaz bir ünsiyyət və sürətlə yollarına davam etməkdədir.

Dünyada bu 4 maddəni birlikdə bacaran bir çox marka görə bilərsiniz. Coca Cola, Adidas, Nike və s. Ölkəmizdə isə bu sayın az olmasının səbəbi təcrübənin, araşdırmanın və inkişaf etdirmənin çox zəif olmasıdır. Məsələn, yaxşı idarə etdiyini düşünən idarəçilərin, məhsula çox əhəmiyyət verən firmaların, istehsal etdiklərini satmaq üçün özlərinin müxtəlif üsulları ilə marketinq strategiyası izləyirlər. Buna görə başa düşmədikləri Reklam ünsiyyətinin fikirlərini qarışdırdığını rahatlıqla müşahidə edə bilirik. Çünki reklam yaradıcılıq-rəng-strategiya-duyğu idarəçiliyi tələb edir. Biznes təşkilatlarının reklam anlayışları tam formalaşmayıb.

Burada ən çox məsuliyyət İdarə və Təşkilata düşməkdədir. İdarə, 4-cü güc olan Reklam və Təqdimatı  ahengli bir hala gətirə bilərsə digər 3 maddənin necə böyüyüb səpələndiklərini görmüş olacaq.

Bəliii! İdarəçilik,məhsul istehsalı və satış çətindir. Reklam etmək də çətindir. Ancaq inkişaf edən və böyüyən qlobal dünyanın artıq bütün bunları araşdırdığını bilmək və görmək artıq şərtdir. Rahat və ani qərarlar markaları heç bir yerə aparmır. Dünya dəyişir və Azərbaycan 4-cü güc Reklam və Təqdimatı başa düşməzsə idxal markalara xidmət etməyə davam edəcək.

Sözün özü budur ki; markanı mən 4-cü maddəsindən tanıyıram.

Sağ əli 1-2 və ya 3-cü maddələrin başına

MARKALARIN MADDƏ ASILILIĞI