MARKA ÜNSİYƏTİNDƏ QLOKALİZASİYA

Adət və ənənə hər cəmiyyətin keçmişdən gələn davranış formasını və mövqeyini əks etdirən ən qüvvətli elementlərdir. Hər ölkənin özünə aid adət ənənəsi olduğu kimi geyim, yemək və əyləncə tərzləri də bir-birindən fərqlidir. Bəziləri zamanla dəyişsə də cəmiyyət üçün çox böyük əhəmiyyət kəsb edən adət ənənələr cəmiyyətin həssas nöqtələrini təşkil edir.Yaxşı, adət ənənə içərisində cəmiyyətin güzgüsü olaraq xarakterizə edilən reklamın mövqeyi nədir? Hər hansı bir məhsul və ya xidmət haqqında insanları məlumatlandırmaq məqsədi olan reklamın mədəniyyətlə hansı əlaqəsi ola bilər?

Reklam və reklamcının cəmiyyət üzərində ki rolunu düşünsək, hər reklamcının bilməsi lazım olan müəyyən ictimai normalar var. Reklamcılar, işlərində bu normalardan kənara çıxmaması lazımdır. Əvvəlcə reklamcı dediyimiz adam cəmiyyətini çox yaxşı tanımalı və verəcəyi mesajların ən asan şəkildə qəbul edilməsini təmin edəcək, ictimai göstəriciləri doğru zamanda və yerdə ən təsirli şəkildə istifadə edə bilən adam olmalıdır. Bu müddət içərisində cəmiyyət nə qədər reklamdan təsirlənirsə, reklamda eyni nisbətdə cəmiyyətdən təsirlənərək formalaşır.

Maneəsiz bir universal sahə qurulmasını məqsəd qoyan, texnologiyanın inkişafı, ünsiyyətin artan sürəti və Dünyanın qloballaşması ilə birlikdə aradan qaldırılan sərhədlər, qlobal bazarlar arasındakı fərqləri da müəyyənləşdirərək, reklamda fərqli strategiyaların istifadə edilə biləcəyi ortaya qoyulmuşdur. Reklam, fərqli alt mədəniyyətlərə sahib cəmiyyətlərə səslənmək, xüsusilə indiki vaxtda beynəlxalq şirkətlərin inkişaf etdirməyə çalışdığı ən əhəmiyyətli güclərindən biridir. Cəmiyyəti ən sürətli şəkildə təsir edəcək vasitə də heç şübhəsiz reklam olaraq qarşımıza çıxmaqdadır.

Fiske, reklam prosesini belə açıqlayır; tamaşaçılar reklamları alır, mesajları pozar, öz alt-mədəniyyətlərinə daxil edər, öz məqsəd və əyləncələri üçün istifadə edərlər. Reklamcının burada əsas vəzifəsi isə qlobal marka imicini sarsıtmayacaq fərqli alt-mədəniyyətlərə sahib istehlakçıları qlokal reklam kompaniyaları ilə hərəkətə keçirmək olacaq.

QLOKALİZASİYA

QLOKALİZASİYA, Qlokal reklamdır.Bəs, nədir bu Qlokal reklam? Qlokal sözü, '' qlobal '' və '' lokal '' sözlərin birləşməsindən yaranıb. Qlobal markaların fərqli ölkələrdə, o ölkənin adət-ənənələrinə görə hazırladıqları və o ölkəyə aid mədəni göstəriciləri olan reklamlardır. Brendlər mədəni ünsürləri istifadə edərkən həm qlobal həm lokal ünsürlərdən faydalanar, beləcə istehlakçıya duyğusal baxımdan yaxınlaşmağı məqsəd hesab edər.

McDonald'sın mədəni xüsusiyyətlərini nəzərə alaraq hazırlamış olduğu, balıqçılıq sektorunu əhatə edən və Norveç xalqına istiqamətli tətbiq etmiş olduğu kampaniyasından nümunə verək. McDonalds ilk addım da Norveçin ən yaxşı balıq resepti üçün bir yarışma elanı təşkil edərək, resept haqqında mesaj bildirmək üçün saytda bir blog açır. Beləcə, McDonalds öz menyusuna Norveç mədəniyyətinə aid bir məhsulu çıxarmış olur. McDonalds reklam ünsiyyətində isə, mesajlar vasitəsilə, mədəniyyətlə bağlı göstəricilərdən faydalanır. Glokal bir kampaniya yaradarkən ələ aldığı mədəni göstəriciləri isə belə sıralaya bilərik.

MƏDƏNİYYƏT GÖSTƏRİCİLƏRİ

-İkonlar (Rənglər, formalar ...)

-Qəhrəmanlar (Şəxslər)

-Mərasimlər

-Dəyərlər (inanclar...)

MCDONALDS REKLAM MESAJI

Yerli dəyərlərə əhəmiyyət verən qlobal bir markanın istehsal etdiyi bu məhsulu "LakseWrap" adıyla mesajını dəqiq bir şəkildə qarşı tərəfə çatdırmaqdadır.

Mesajda;

Lakse → Yerli

Wrap → Qlobal

Global bir marka olması, müəyyən ölkələr üçün hazırladıqları və yalnız o ölkəyə xas motivlərin istifadə edildiyi reklamı edilən məhsulun həmin bazarda mövqe qazandırılmağa çalışıldığı bir Qlokal reklamdır.

MARKA ÜNSİYƏTİNDƏ QLOKALİZASİYA