Haqqımızda

Şirkətimiz və istiqamətlərimiz

"Web Coder" agentliyi vebsaytların yaradılması, təşviqi və texniki dəstəyi, həmçinin, optimizasiyası ilə məşğul olan reklam agentliyidir.

Bundan əlavə, İntranet, ERP və CRM kimi avtomatlaşdırılmış sistemlərin, billinq sistemlərinin yaradılması ilə də xidmət göstərməkdəyik. Şirkət sosial media marketinq və proqlaşdırma ilə əlaqədar bütün işləri görür, onlayn satış və rəqəmsal təhlükəsizlik sistemləri yaradır.

Gücümüz və imkanlarımız

Bizim gücümüz - professional kollektivdən ibarətdir. Sıralarımızda proqramçı, dizayner, PR-menecer, 3D vizualizator, kopirayter, rəssam düzənləyici və digər mütəxəssislər uğurlu fəaliyyət göstərir.

Yaradıcı yanaşma, dəqiqlik, səliqə  və professionallıq bizə ən cəsarətli ideyaları belə həyata keçirməyə imkan yaradır.

Vəzifəmiz və məqsədlərimiz

Bizim vəzifəmiz - dünya standartlarına və korporativ etika qaydalarına riayət etməklə veb  sahəsində müasir xidmətlərin yaradılmasıdır.

Məqsədimiz - şirkətin artım və inkişafını təmin edən xidmətin ən keyfiyyətli şəkildə olmasıyla yanaşı, sifarişçilərin məmnunluğundan ibarətdir.

Proyektinizə başlamağa hazırsınız?

Niyə bir fincan çay içmək üçün bizə qoşulmursunuz? Söhbət etmək və ya proyekt haqqında ideyalarınıza qulaq asmaq bizə xoşdur.

Əlaqə